Şahdağa qar yağıb

Şahdağa qar yağıb
03 Apr 2020 15:40

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, aprelin 3-ü gündüzədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, Böyük Qafqazın bəzi hissələrində intensiv olub.

Düşən yağıntının miqdarı Zaqatalada 19 mm, Balakən, Oğuzda 15 mm, Altıağac, Şəkidə 13 mm, Kişçay (Şəki), Sarıbaşda (Qax) 12 mm, Qəbələdə 11 mm, Tovuz, Ağstafada 10 mm, Şabranda 9 mm, Xaltanda 8 mm, İsmayıllıda 7 mm, Xınalıq, Qusarda 6 mm, Qrız, Şəmkir, Naftalanda 5 mm, Göygöl, Gəncə, Qubada 4 mm, Daşkəsən, Tərtər, Ceyrançöldə 3 mm, Mingəçevir, Göyçayda 2 mm, Bərdə, Yardımlı, Lerik, Lənkəran, Astara, Gədəbəy, Mərəzə, Bakı, Sumqayıt, Maştağada 1 mm olub.

Qar örtüyünün hündürlüyü Şahdağda 2 sm-ə çatıb.

Yevlax, Göyçay, Göygöl, Balakən, Şəki, Altıağac, Quba, Qusar, Qrız, Sarıbaş, Lerikdə duman müşahidə olunub, görünüş 200 metrədək məhdudlaşıb.

Şimal-qərb küləyi arabir Tərtərdə 27 m/s, Naftalanda 26 m/s, Ağdamda 22 m/s, Ağstafa, Gəncədə 20 m/s, Xaçmaz, Bərdə, Şəmkirdə 18 m/s, Qazıməmməddə 16 m/s, Mingəçevirdə 15 m/s, Bakıda və Abşeron yarımadasında - Çilov adasında 25 m/s, Bakıda 24 m/s, Pirallahıda 23 m/s, Neft Daşlarında 21 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 12-14, aran rayonlarında 15-20, dağlıq rayonlarda 9 dərəcəyədək, Naxçıvan MR-da 10-18, Ordubadda 24 dərəcəyədək isti olub.

25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.