Bu barədə Rusiya Elmlər Akademiyasının akademiki, virusoloq Vitali Zverev “Rossiya-1” kanalında “60 minut” verilişində açıqlama verib.
O, bu virusun əbədi olaraq bəşəriyyətdə qalacağını dərk etməyə çağırıb.
“Başa düşməlisiniz ki, bu virus insanlığa bu gün üçün, yaxud yaya, payıza qədər gəlməyib. O, uzun illər, bəlkə də, əbədi olaraq bizimlə qalacaq”, - deyə o bildirib.
Virusoloq, müxtəlif hesablamalara görə, daha da çox insanın koronavirusa yoluxa biləcəyini ifadə edib.
Bununla belə, Zverev COVID-19-dan ölüm nisbətinin qriplə müqayisədə daha az olduğunu vurğulayıb.
“Və bu, adenovirus ilə, qriplə olduğu kimi yaşayacağımız infeksiyadır”, - deyə o bildirib.
2021-ci il yanvarın 30-da Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz fəaliyyətini dayandırır.
Milli Məclisdə “Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək” mövzusuna həsr edilmiş konfrans təşkil olunub.
“Böyük Qayıdışa dair I dövlət proqramı çərçivəsində azad olunan ərazilərdə hazırda beş ümumi təhsil müəssisəsi fəaliyyət göstərir”.