Qoşulmama Hərəkatı üzv ölkələri Dağlıq Qarabağdakı qondarma seçkiləri tanımır

Qoşulmama Hərəkatı üzv ölkələri Dağlıq Qarabağdakı qondarma seçkiləri tanımır
05 Apr 2020 15:11

Cari ilin 4 aprel tarixində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosu Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində təşkil olunmuş qondarma “seçkilər” ilə bağlı açıqlama ilə çıxış edib. 

XİN-dən realpress.az-a verilən məlumata görə, BMT-dən sonra ikinci ən böyük siyasi platforma olan və 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatı ərazilərin güc yolu ilə əldə edilməsinin yolverilməz olduğunu vurğulayaraq, Azərbaycan Respublikasının ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin heç bir ölkə tərəfindən qanuni tanınmayacağını bəyan edib. 

Bununla əlaqədar olaraq, Qoşulmama Hərəkatı üzv ölkələri bu ilin 31 mart tarixində Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma “seçkiləri” tanımadıqlarını və onları qanunsuz hesab etdiklərini ifadə edib. 

Sonda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosu Bakı Zirvə Görüşünün Yekun sənədinin 662-ci paraqrafına istinad edərək, Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə və Ermənistan və Azərbaycan arasında münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinə dəstəyini bir daha ifadə edib. 

24 Apr 2024
Cəmiyyət

Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək

Gələn ay işğaldan azad edilən Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır.

24 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbaraatan və qumbaralar tapıblar.

24 Apr 2024
Cəmiyyət

Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına rəsmi səfər edəcək.

24 Apr 2024
Cəmiyyət

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib.

24 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşıb

 Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.