Fəzail Ağamalı Türkiyədə qarət olunmasından danışdı

Fəzail Ağamalı Türkiyədə qarət olunmasından danışdı
05 Apr 2020 21:14

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Türkiyədə qarət olunması ilə bağlı yayılan məlumata aydınlıq gətirib.

Fəzail Ağamalı APA-ya açıqlamasında bildirib ki, hadisə 2019-cu ilin iyul ayında baş verib.

O qeyd edib ki, hadisə ilə bağlı həmin vaxt polisə müraciət edib:

“Qızım və nəvəmlə Türkiyədə idik. Hadisə qızımla nəvəmin başına gəlib. Belə ki, onlar taksi ilə Beşiktaşa gediblər. Taksi sürücüsü onlardan artıq pul alıb. Biz bunu bildikdən sonra polisə müraciət etdik. Polis dərhal hərəkətə keçdi. Bizim təqdim etdiyimiz taksinin tanınma nişanı ilə araşdırma aparıldı. Qısa zaman kəsiyində həmin şəxs saxlanıldı və polis idarəsinə gətirildi. Biz sürücünü tanıdıq və pulumuz bir neçə saata bizə geri qaytarıldı. Bununla biz özümüz üçün məsələni bitmiş hesab etdik və ölkəyə qayıtdıq.

Ancaq Biz rəsmi müraciət etdiyimiz üçün Türkiyənin qanunvericiliyinə uyğun şəkildə polis sürücüyə qarşı cinayət işi açdı və həmin şəxs istintaqa cəlb edildi. Bu da Türkiyənin hüquqi dövlət olduğunu bir daha ortaya qoyur. Doğrusu, İstintaqın gedişi ilə sonradan maraqlanmadıq”.

Qeyd edək ki, bu gün Türkiyənin “Sabah” qəzeti millət vəkili Fəzail Ağamalının İstanbulda qarət olunması ilə bağlı xəbər yayıb.

25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.