Ülvi Mehdiyev icazə SMS-lərinin ən çox olduğu vaxtdan danışdı

Ülvi Mehdiyev icazə SMS-lərinin ən çox olduğu vaxtdan danışdı
06 Apr 2020 13:17

“Bir SMS-in cavablandırılması 10 dəqiqəyə yaxın müddətdə baş tutur. Sadəcə olaraq, şəbəkənin yüklənməsi, sorğuların çox olması səbəbindən cavab SMS-lərinin göndərilməsi uzana bilər. Biz vətəndaşlarımızı da məlumatdırmışıq ki, göndərdiyiniz SMS-lər bir saat ərzində cavablandırılacaq”.

realpress.az-ın xəbərinə görə, bunu “Real” TV-yə müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

Onun sözlərinə görə, saat intervalı ilə baxanda yaşayış yerini tərk etmə ilə bağlı edilən SMS müraciətində səhər saat 11-dən sonra artım qeydə alınır:

“Axşama doğru SMS-lər azalmağa başlayır. SMS-lə icazəyə başlanan gün sistemin ən çox yüklənməsi halı günorta saat 13:00-da olub. Sistem uğurla çalışır”.

Ü.Mehdiyev SMS sisteminin yaradılması barədə də məlumat verib:

“Bu sistem üç gün ərzində Azərbaycanın yerli informasiya texnologiyaları (İT) mütəxəssisləri tərəfindən yaradılan sistemdir. Bununla bağlı qərar veriləndə Elektron Hökumətin İnkişafı Mərkəzində gecə-gündüz işləməklə bu sistem qurulub”.


23 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Ölkə ərazisində aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

23 Apr 2024
Cəmiyyət

Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. 

23 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən xeyli silah-sursat tapılıb.