Zərdabda xəstəxananın həyətini su basdı: İcra Hakimiyyəti təsdiqlədi, xəstəxanadan isə...

Zərdabda xəstəxananın həyətini su basdı: İcra Hakimiyyəti təsdiqlədi, xəstəxanadan isə...
06 Apr 2020 13:20

Zərdab Rayon Mərkəzi Xəstəxanasının həyətini su basıb. 

realpress.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə fotolar paylaşılıb.

Vətəndaşlar yağışlı hava şəraitindən asılı olaraq, belə vəziyyətin dəfələrlə müşahidə olunduğunu qeyd edirlər.

Məsələ ilə bağlı Zərdab Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətindən bildirilib ki, görüntülər ötən gün yağış yağanda lentə alınıb:

“Təəssüf ki, ötən gün yağışlı hava şəraitinə görə, Zərdab Rayon Mərkəzi Xəstəxanasının həyətində yağış suları yığılıb. Bu, bir qədər çətinlik yaratsa da, tez bir zamanda problem aradan qaldırılıb”.

Məsələ ilə bağlı Zərdab Rayon Mərkəzi Xəstəxanası ilə - 02029-6-60-40 - telefon nömrəsilə əlaqə yaratdıq. 

Özünü təqdim etmək istəməyən şəxs qeyri-etik üslubda “Nə lazımdır? Sualınızı verin!” desə də, o, sualımıza cavab verməkdən imtina edib. Yaranmış vəziyyətlə bağlı onun cavabı sadəcə, bu olub: “Xəstəxanın həyətini su basmayıb, olubsa da, artıq keçib gedib”. 

Onu da qeyd edək ki, bizə verilən məlumata görə, əlaqə saxladığımız nömrə - 02029-6-60-40 - xəstəxananın qəbul şöbəsinin deyil, baş direktorun otağının nömrəsidir.


24 Apr 2024
Cəmiyyət

Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək

Gələn ay işğaldan azad edilən Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır.

24 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbaraatan və qumbaralar tapıblar.

24 Apr 2024
Cəmiyyət

Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına rəsmi səfər edəcək.

24 Apr 2024
Cəmiyyət

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib.

24 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşıb

 Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.