Mühüm bir vaxtda, ölkə sakinlərinin dadına çatan aptekonline.az xidmətinin mobil tətbiqində qeydiyyatdan keçməyə tələsin.
İstifadəyə verilməsindən 1 həftə vaxt keçsə də, aptekonline.az yeni bir xidmət olaraq, bu çətin zamanda artıq 2897 sifarişdən 2225-ni uğurla yerinə yetirmiş və ünvanlara çatdırmışdır. Hər kəsin bildiyi kimi, ölkədə məlum karantin rejimi tətbiq edilir, bununla bağlı yollarda müəyyən dayanmalar və ləngimələr olur, amma aptekonline xidməti hər kəsin sağlamlığı üçün bütün sifarişləri birbaşa ünvanlara çatdırmağa çalışır.
Mobil tətbiqdə qeydiyyatdan keçmək üçün:
Mobil tətbiqdə, menu bölməsini açaraq, daxil ol bölməsinə klik edirsiniz. Açılan pəncərədə, aşağı hissədə yer alan qeydiyyat bölməsini seçirsiniz.
Bundan sonra göstərilən boş hissələrə məlumatlarınızı doldurursunuz.
Diqqət! Yekunda aşağıda göstərilən istifadəçi şərtləri ilə razıyam sözünün üzərinə vuraraq, istifadəçi şərtlərini oxuyursunuz. Qoyulan şərtlər ilə razı olduğunuz halda müvafiq bölməni işarələyirsiniz.
Ən sonda qeydiyyat düyməsinin üzərinə klik edirsiniz. Bu zaman daxil etdiyiniz mobil nömrəyə 4 rəqəmli təsdiq kodu sms vasitəsilə göndəriləcəkdir Həmin təsdiq kodunu tətbiqdə müvafiq açılan bölməyə daxil edirsiniz və təsdiq düyməsinə klik edirsiniz.
Göstərilən addımların hər birini düzgün şəkildə icra etdiyiniz halda, qeydiyyat mərhələsini uğurla tamamlanmış olursunuz.
Tətbiqi burdan yükləyin:
https://aptekonline.az/qr
Sayt: aptekonline.az
Facebook: aptekonline.az
İnstagram: aptekonlineaz
Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.
Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.
İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.
24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.
Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.