Çində karantin qadağaları azaldı, insanlar küçələrə axışdı

Çində karantin qadağaları azaldı, insanlar küçələrə axışdı
06 Apr 2020 21:31

Çinin Uhan şəhərində koronavirus yayıldıqdan sonra ölkə tətbiq olunan qadağalarla epidemiyaya nəzarət edə bildi.

 karantin və səyahət qadağaları azaldıqdan sonra minlərlə insan görməli yerlərə axın edib.

Anhui əyalətində Huanqşan dağ parkında maskalı insanların böyük izdihamı yaşanıb.

Şəkillərin sosial mediada yayımlanmasından sonra Kommunist Partiyası insanlara xəbərdarlıq edib.

Park rəhbərliyi artıq ziyarətçiləri qəbul etməyəcəyini açıqlayıb.

Şanxayda bir çox restoranlarda yalnız rezervasiya edənlər qəbul edilib. Oxşar hadisələr paytaxt Pekində də baş verib. Şəhər sakinləri parklara və açıq yerlərə axışıb.

Qeyd edək ki, Çində son 24 saatda cəmi iki nəfər koronavirusdan ölüb. İndiyə qədər koronavirusa 81 708 nəfər yoluxub. COVID-19 ölkədə, ümumilikdə, 3331 nəfərin həyatına son qoyub. 


19 Apr 2024
Dünya

Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq əldə ediblər

Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.

19 Apr 2024
Dünya

Türkiyə XİN İsraillə İrana çağırış edib

Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

19 Apr 2024
Dünya

Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO

Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.

19 Apr 2024
Dünya

Türkiyədə çökən qızıl mədənində ölənlərin sayı artdı - FOTO

Türkiyənin Ərzincan şəhərinin İliç rayonunda qızıl mədəninin yerləşdiyi geniş ərazidə torpaq sürüşməsi zamanı itkin düşən doqquz işçidən daha birinin cəsədi tapılıb.

19 Apr 2024
Dünya

Rusiya Dnepropetrovsk vilayətini atəşə tutdu: Ölən və yaralananların sayı artdı - YENİLƏNİB + FOTO/VİDEO

Rusiyanın Dnepropetrovsk vilayətini atəşə tutması nəticəsində ölən və yaralananların sayı artıb.