Karantin müddəti uzansa, birdəfəlik ödəmə növbəti aylarda da veriləcək - RƏSMİ

Karantin müddəti uzansa, birdəfəlik ödəmə növbəti aylarda da veriləcək - RƏSMİ
07 Apr 2020 19:34

“Karantin müddəti uzandığı halda, birdəfəlik ödəmə növbəti aylarda da veriləcək”. 

realpress.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin 18 mart 2020-ci il tarixli sərəncamına əsasən, məşğulluğun və sosial rifahın dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər mövzusundakı mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hər ailəyə birdəfəlik ödəniş bir dəfə veriləcək:

“Əgər ailədə iki nəfər varsa və onlar işləmirsə, onlardan biri işsizliyə görə qeydiyyatdan keçə bilər. Onlardan birinə birdəfəlik ödəniş olunacaq. Bütün ödənişlər nağdsız şəkildə həyata keçiriləcək”.

Nazir qeyd edib ki, əgər işsiz kimi qeydiyyata düşən şəxsin şəxsiyyət vəsiqəsinin vaxtı bitibsə, onun qeydiyyata düşməsində problem yarana bilər:

“Bütün məlumatlar elektron fin nömrə üzərində araşdırılır. Vəsiqənin vaxtı bitibsə, onda biz onun məlumatlarını yoxlaya bilməyəcəyik və ona işsiz statusu verə bilməyəcəyik”.

Nazir qeyd edib ki, əgər ailədə ata, ana və 18 yaşından yuxarı əmək yaşına çatmış iki övladı varsa, birdəfəlik ödənişin verilməsi üçün övladlar nəzərə alınmır:

“Ancaq ana və atanın biri əmək müqaviləsi üzrə işləyirsə, artıq dövlət ona yardım edir. Digərinin alması artıq düzgün olmazdı. Övladların ayrıca birdəfəlik ödəmə almaq hüququ var və müraciət edə bilərlər”.


29 Mar 2024
Siyasət

Ankarada Azərbaycan Evi açılıb

Ankarada Keçiören Bələdiyyəsinin nəzdində yerləşən Esterqon Muzeyində Azərbaycan Evi açılıb.

29 Mar 2024
Siyasət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

29 Mar 2024
Siyasət

Keçmiş məcburi köçkünlərin daha bir qrupu doğma Füzuli şəhərinə qayıdır - VİDEO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

29 Mar 2024
Siyasət

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər - VİDEO

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri Sahibə Qafarova və Alen Simonyan mayın ortalarında növbəti görüşlərini keçirəcəklər.