“1 DONOR 2 HƏYAT” – Xanım millət vəkilindən qanvermə aksiyası ilə bağlı ÇAĞIRIŞ

“1 DONOR 2 HƏYAT” – Xanım millət vəkilindən qanvermə aksiyası ilə bağlı ÇAĞIRIŞ
08 Apr 2020 12:34

Millət vəkili Könül Nurullayeva xeyirxah təşəbbüslə çıxış edib. 

realpress.az-ın məlumatına görə, karantin dövründə Qan Bankına müraciətlərin kəskin azalmasını xatırladan millət vəkili talassemiya və hemofiliyalı xəstələrə dəstək verməyin vacibliyini vurğulayıb. 

Bununla bağlı müraciətdə deyilir: “Dəyərli Nizami rayon sakinləri və həmvətənlərim, bildiyiniz kimi Ümumdünya Səhiyyə Təşkilatının qərar və tövsiyələrinə uyğun olaraq, ölkəmizdə koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə epidemioloji, tibbi-profilaktik və müalicə tədbirlərinin həyata keçirilməsi üçün qəbul edilən qərarlar və onların operativ həyata keçirilməsi sahəsində dövlətimiz tərəfindən əhəmiyyətli işlər görülür. İnsanların karantin dövründə hərəkətində olan məhdudiyyətləri və sağlamlığının təhlükəsizliyini nəzərə alaraq, Qan bankına könüllü qan vermək istəyində olan müraciətlərin sayı nəzərə çarpacaq şəkildə azalıb”. 

K.Nurullayeva eyni zamanda, ölkəmizdə talassemiya və hemofiliyalı xəstələrə dövlət tərəfindən xüsusi qayğı və diqqətin göstərildiyini vurğulayıb: “Bu çətin dövr ərzində Heydər Əliyev Fondunun humanist çağırışına cavab olaraq, qeydiyyata alınmış və hər ay qan köçürülməsinə ehtiyacı olan uşaqlara dəstək vermək, onların risk qrupuna aid olduqlarını nəzərə alaraq tədarük edilən qan ehtiyatını artırmaq məqsədilə “1 DONOR 2 HƏYAT” adlı qanvermə aksiyasına start veririk. Xüsusi karantin dövründə donorların Milli Hematologiya və Transfuziologiya Mərkəzinə təhlükəsiz şəkildə çatdırılmasını təmin edəcəyik”. 

Millət vəkili daha sonra hər kəsdən qana ehtiyacı olan uşaqlara yardım etmək məqsədilə bu humanist aksiyada könüllü iştirak edərək, həmrəylik və birlik nümayiş etdirmələrini xahiş edib.

Xatırladaq ki, könüllü olaraq aksiyada iştirak etmək istəyən vətəndaşlar “Deputat Qərargahında” yaradılmış İşçi Qrupu ilə əlaqə saxlaya bilərlər. tel: (İş: 012 422 22 41, mob: 055 276 23 75)

Biz birlikdə güclüyük!


25 Apr 2024
Siyasət

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər.

25 Apr 2024
Siyasət

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib.

25 Apr 2024
Siyasət

Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”

“Azərbaycanda 2019-cu ildən bu günə qədər özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”.

25 Apr 2024
Siyasət

Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına dövlət səfəri aprelin 25-də başa çatıb.

25 Apr 2024
Siyasət

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər.