Emin Hacıyev: “Ermənistanın fəlakətdən qaçması mümkün deyil”

Emin Hacıyev: “Ermənistanın fəlakətdən qaçması mümkün deyil”
08 Apr 2020 14:36

Koronavirus pandemiyası qlobal iqtisadiyyatda dalğalanmalara səbəb oldu. Artıq aydındır ki, COVID-19-a görə yaranan resessiya 2008-2009-cu illərdəki maliyyə böhranının yaratdığı resessiyadan daha dərin olacaq. 2009-cu ildə 1,7%-lik azalma ilə müqayisədə 2020-ci ildə real qlobal ÜDM 2,8% aşağı düşəcək. Zəif, dayanıqsız, ehtiyatları məhdud olan ölkələr isə bu böhranın ağrılarını daha çox hiss edəcək. Məsələn, Ermənistanın fəlakətdən qaçması mümkün deyil.

Bunu Trend-ə açıqlamasında millət vəkili Emin Hacıyev deyib.

Millət vəkili qeyd edib ki, xaricdən asılılıq, daxili ehtiyatların və istehsalın aşağı səviyyədə olması Ermənistanı indiki vəziyyətdə iflic edəcək:

“Çünki hazırkı vəziyyətdə dünya iqtisadiyyatında ciddi dalğalanma var və bu, Ermənistana böyük miqyasda təsir göstərəcək. Bildiyiniz kimi, pandemiya ilə əlaqədar martın 25-dən aprelin 30-dək Rusiyada qeyri-iş günləri elan edilib. Bütün ölkələrdə olduğu kimi, Rusiyada da əmək fəaliyyətində ciddi məhdudiyyətlər olduğuna görə, 2020-ci ildə Ermənistana köçürmələrin həcmi 2019-cu illə müqayisədə xeyli aşağı olacaq. Məlumdur ki, yüz minlərlə erməni miqrant işləmək üçün Rusiyaya üz tutub, - 2019-cu ildə onların sayı təxminən 3 dəfə artıb, - indiki halda onlar işsiz qalıb və öz evlərinə pul göndərmək imkanında deyillər. Bu isə Ermənistan üçün iflic olmaq, əhalinin ciddi sosial problemlərlə üzləşməsi deməkdir. Ötən il təkcə rəsmi qaydada banklar vasitəsilə Rusiyadan Ermənistana pul köçürmələrinin həcmi 2 milyard dollara yaxın olub”.

Deputat vurğulayıb ki, 2015-ci ildə bu rəqəm 1 milyarddan bir az artıq idi:

“Ermənistanın dövlət büdcəsi cəmi 6 milyarddan bir qədər artıqdır. Bu rəqəm özü-özlüyündə ölkənin Rusiyadan, orada işləyən miqrantlardan nə qədər asılı olduğunu aydın ifadə edir. Ermənistan hakimiyyəti infeksiyanın qarşısının alınması tədbirlərində gecikdi. Nəticədə, bu ölkədə epidemiya böyük sürətlə yayılır. Üstəlik, iqtisadiyyatın seytnota düşmüş indiki durumunda hakimiyyətin müdaxilə imkanları, hansısa anti-böhran tədbirləri həyata keçirmək vasitələri məhduddur. Çünki ölkənin ehtiyatları hansısa kompensasiya proqramlarının həyata keçirilməsinə imkan vermir. Belə halda, bu ölkədə onsuz da mövcud olan sosial problemlərin pik həddə çatacağı, siyasi kataklizmlərə çevriləcəyi qaçılmazdır”.

E.Hacıyev qeyd edib ki, Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər" də Ermənistan hakimiyyətinin öz xalqını düşünmədiyini ifadə edir:

“Dünyada bir sıra digər ölkələrdə də seçkilər nəzərdə tutulurdu, o cümlədən Rusiyada referendum keçirilməli idi, amma məlum pandemiyaya görə, təbii olaraq, təxirə salındı. Ermənistan rəhbərliyini isə heç bir xarici dövlətin, beynəlxalq təşkilatın tanımadığı və yalnız separatizmin güclənməsinə yönəlmiş “seçki” keçirməsi öz xalqını təhlükəyə atması, o cümlədən bəşəriyyətin bu bəlaya qarşı birləşdiyi bir dövrdə yalnız öz maraqlarını, destruktiv ambisiyalarını təmin etmək marağının ifadəsidir”.

28 Mar 2024
Siyasət

Azərbaycandakı valyuta hərraclarındakı satış 2 dəfəyə yaxın artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 1 milyard 835,8 milyon ABŞ dolları məbləğində satış olub.

28 Mar 2024
Siyasət

Azərbaycan Kuboku: “Sərhədçi” sonuncu yarımfinalçı oldu - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun B qrupunda son iki oyun keçirilib.

27 Mar 2024
Siyasət

Bakıda 18 dərəcə isti, dağlarda 7 dərəcə şaxta olacaq - Sabahın HAVA PROQNOZU

Martın 28-də Azərbaycan ərazisində gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.

27 Mar 2024
Siyasət

Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİB + FOTO/VİDEO

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksində 134 nəfərdən ibarət növbəti köç karvanı Füzuliyə çatıb.

27 Mar 2024
Siyasət

Ekvador prezidenti İlham Əliyevi təbrik etdi

Ekvador Respublikasının Konstitusional Prezidenti Daniel Noboa Azin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.