xəstəliyin yayılma dinamikası haqqında Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, Azərbaycan Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayevlə söhbət edib.
“Düşünürəm ki, xəstəliyin ikinci dalğasına yol verməmək üçün karantindən mərhələli şəkildə çıxmaq lazımdır. Mayın 4-də Azərbaycanın karantin rejimini dayandırıb-dayandırmayacağı hələ dəqiq məlum deyil. Hər şey ölkədəki sanitar-epidemioloji vəziyyətdən asılı olacaq. Mövcud dinamikanın saxlanılacağı halda ayrı-ayrı qurumların fəaliyyətini qismən bərpa etmək mümkün olacaq”, - deyə C.İsayev bildirib.
O qeyd edib ki, bütün zəruri ehtiyat tədbirlərinə riayət etmək çox vacibdir.
“Vəziyyəti nəzarətdə saxlamaq, eyni zamanda ən pis ssenariyə hazır olmaq vacibdir”, - deyə baş infeksionist əlavə edib.
C.İsayevin sözlərinə görə, yumşaldılmış karantin rejimində məişət texnikası, atelye, gözəllik salonları, məişət avadanlıqlarının təmiri xidmətləri və ayaqqabı emalatxanaları da daxil olmaqla, kiçik mağazalar açıla bilər.
“Təlim-tədris müəssisələri, metropoliten, şadlıq evləri, restoranlar və ticarət mərkəzlərinin fəaliyyəti hələlik bərpa edilə bilməz. İnsanların kütləvi toplaşdığı yerlərdə yoluxma riski artır. Biz başa düşməliyik ki, karantindən çıxmaq epidemiyaya qalib gəlmək demək deyil. Əksinə, daha məsuliyyətli olmaq, sosial məsafəni qorumaq və maska taxmaq lazımdır.
Bir çoxlarının buna səthi yanaşdığını görürəm. Dolu avtobuslarda maskasız sərnişinləri müşahidə edirik. Üstəlik, son günlərdə yollarda avtomobillərin sayı artıb. Sərhədlərin açılmasına gəlincə, qeyd etmək istəyirəm ki, vətənə qayıdan bütün vətəndaşları karantinə almaq çox vacibdir. Axı bu gün pandemiya dünyanın bir çox ölkələrini bürüyüb”, - deyə həkim bildirib.
C.İsayev qeyd edib ki, təhsil müəssisələrinin fəaliyyətini ən sonda bərpa etmək daha məqsədəuyğun olar.
“Hələlik uşaqlar onlayn rejimdə oxusunlar. Ölkədəki vəziyyətin stabil olmasına baxmayaraq, rahatlaşmaq olmaz. Bu, epidemiyanın təkrar dalğasına səbəb ola bilər. Əgər hər kəs zəruri müdafiə tədbirlərinə riayət etsə, düşünürəm ki, o zaman mayın ortalarında epidemiya yox səviyyəsinə enməyə başlayacaq”, - deyə C.İsayev fikrini tamamlayıb.
Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.
Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.
İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.
24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.
Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.