COVID-19 xəstələrinin müalicəsi ambulator şəraitdə aparıla bilərmi?

COVID-19 xəstələrinin müalicəsi ambulator şəraitdə aparıla bilərmi?
29 Apr 2020 13:29


Şübhəli xəstələrdən nümunələr əsasən, xəstəxana şəraitində, xüsusi yığımlardan istifadə etməklə və özəl hazırlıq keçmiş mütəxəssislər tərəfindən götürülür. Xəstəliyin müalicəsi yalnız stasionar şəraitdə aparılmalıdır.

realpress.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin “İnsanlar arasında koronavirusların profilaktikası, diaqnostikası və müalicəsinə dair” hazırladığı təlimatlarda əks olunub.

Qaydalara əsasən, xəstə ilkin olaraq ambulator tibb müəssisəsinə müraciət edərsə, dərhal stasionara (xəstəxanaya) göndərilməlidir. Tibb müəssisəsi ilkin əksepidemik tədbirləri həyata keçirməlidir (lazımi tibbi yardımın göstərilməsi, müvəqqəti təcrid olunması, evakuasiyası, dezinfeksiyanın aparılması, məlumatın vaxtında GEM-ə verilməsi).

COVID-19-a yoluxmuş və ya yoluxma şübhəsi olan şəxslərdən nümunələr tibb müəssisəsində xüsusi qaydalara riayət olunmaqla alınmalı və müəssisə rəhbərinin ciddi nəzarəti altında Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə (XTİNM) daşınmalıdır.

Nümunələrin daşınması üçün xüsusiləşdirilmiş nəqliyyat vasitələrindən istifadə edilməlidir. Alınan nümunələrin müayinəsi XTİNM-in laboratoriyalarında aparılmalıdır.

Əlavə olaraq, zəruri hallarda PZR (polimeraz zəncirvari reaksiya) aparatı ilə təchiz olunmuş mobil əksepidemik dəstələrin bölgələrə göndərilərək nümunələrin götürülməsini və müayinəsini aparmasının da mümkün olduğu qeyd olunub.

8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.