Alimlər siçovulun onurğa beynindən və süni əzələlərdən biorobot yaratdılar - FOTO

Alimlər siçovulun onurğa beynindən və süni əzələlərdən biorobot yaratdılar - FOTO
30 Apr 2020 09:42

ABŞ neyrofizioloqları siçovulların onurğa beyni ilə süni şəkildə böyüdülmüş əzələlərin bir parçasını birləşdirib, onları idarə etməyi öyrənərək “biorobot“un prototipini yaradıblar.

İllinoys Universitetinin alimləri professor Marta Cilletin rəhbərliyi altında süni şəkildə böyüdülmüş toxuma və hüceyrələrdən ibarət olan kibernetik əza və hiss orqanlarının bədənlə əlaqəsinin yaradılmasının ənənəvi robotların və kiberprotezlərin etibarsızlığı və kövrəkliyi problemini həll edəcəyini düşünürlər.

Mütəxəssislər inanırlar ki, insan və heyvanların onurğa beyni həkimlərin müdaxiləsi olmadan bu cür bioprotezlə hərəkəti idarə etməyi öyrənə bilər. Bu nəzəriyyəni sınamaq üçün süni şəkildə böyüdülən əzələləri siçovulun onurğa beyninin parçasına bağlayıblar.

Yeddi gündən sonra onurğa beyni neyronları əzələlərdə “böyüyüb” və onlara siqnal göndərib. Nəticədə, süni əzələlər vaxtaşırı yığılmağa başlayıb.

 


13 Dek 2024
Səhiyyə - Sağlamlıq

Qripi özümüzdən uzaq tutaq!

Payızda havaların soyuması ilə bədənin müqaviməti azalır. Orqanizm zəiflədiyi üçün mövsümi xəstəliklərə yoluxma halları da artır.

8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.