Məhərrəm Əliyev və Zakir Həsənov cəbhəboyu zonada növbəti hərbi hissədə - VİDEO

Məhərrəm Əliyev və Zakir Həsənov cəbhəboyu zonada növbəti hərbi hissədə - VİDEO
07 May 2020 10:52


Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Prezidentin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev, Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti ön xətdə yerləşən növbəti hərbi hissədə olublar.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılan büstü önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.

Sonra hərbi hissənin əsgər yeməkxanası, əsgər yataqxanası, silah və ideoloji otaqlar, əşya və ərzaq anbarlarına baxış keçirilib. 

Döyüş növbətçiliyi aparan şəxsi heyətin xidməti ilə maraqlanan general-polkovnik M.Əliyev və general-polkovnik Z.Həsənov komanda-müşahidə məntəqəsindən düşmən mövqelərini müşahidə ediblər.

Hərbi hissədə yaradılan şəraitlə tanışlıqdan sonra müdafiə naziri hərbi qulluqçuların xidməti və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görüləcək işlərlə bağlı müvafiq tapşırıqlar verib.

16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.