Karantində Əməkdar artistin evində iftar süfrəsində iştirak edən Hacı Surxay: “Üç nəfər olmuşuq” - ÖZƏL+VİDEO

Karantində Əməkdar artistin evində iftar süfrəsində iştirak edən Hacı Surxay: “Üç nəfər olmuşuq” - ÖZƏL+VİDEO
14 May 2020 11:57


Əməkdar artist Vasif Məhərrəmli evində iftar süfrəsi verib.

realpress.az xəbər verir ki, sənətçi ilahiyyatçı Hacı Surxay Məmmədlini evinə dəvət edərək, iftar süfrəsi açıb.

Bu barədə Hacı Surxay “Instagram” hesabında canlı efir açaraq, məlumat verib.

“Hörmət etdiyim dəyərli dostum və qardaşım Vasif Məhərrəmlinin evinə ailəlikcə gəlmişik. Vasif iftar süfrəsi açıb. Hər il onun evində iftar süfrəsini Allah bizə lütf edir. Bu dəfə də əhya gecəsinə təsadüf etdi”, - deyə S.Məmmədli bildirib.

Hacı Surxayın çıxışını Əməkdar artist sosial media hesabında paylaşaraq, “Allah hər zaman səni uca etsin, əziz dostum” sözlərini qeyd edib.

İlahiyyatçı ilə müğənninin karantin rejimini pozması sosial mediada birmənalı qarşılanmayıb. Sosial media əhli ölkədə koronavirusa yoluxanların sürətlə artdığı bir vaxtda ikilinin bu addımını yolverilməz sayıb, onları tənqid ediblər.

Məsələ ilə bağlı realpress.az-ın əməkdaşı Hacı Surxay Məmmədli ilə əlaqə saxlayıb.

O, karantin dövründə V.Məhərrəmlinin evində açdığı iftar süfrəsinə qatılmasına belə aydınlıq gətirib:

“10 nəfərdən artıq insanın bir süfrə arxasında oturub, yemək yeməsi qadağandır və karantin qaydalarına ziddir. Biz isə orada üç nəfər olmuşuq. Mən, Vasif və onun xanımı. Burada karantin qaydalarını pozmaqdan söhbət gedə bilməz.

Şəxsən mən karantin rejiminin qaydalarına riayət edirəm. Qaydalara hormətlə yanaşıb, əməl edirəm”.

Təhlükəli virusun geniş şəkildə yayılmaması üçün rəsmi qurumlar vətəndaşlara müraciət edərək, lüzum olmadıqda evlərini tərk etməməyə, sosial məsafəni qorumağa, bir yerə toplaşmamağa çağırıb.

Həmçinin, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Ramazan ayından əvvəl vətəndaşlara çağırış edərək, karantin rejimində iftar süfrəsinin hər bir evdə yalnız ailə üzvlərinin iştirakı ilə açılmasına dair məlumat yayıb.


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.