Müdafiə Nazirliyindən genişmiqyaslı təlimlərlə bağlı açıqlama: Düşmən hər hansı bir təxribata cəhd göstərsə…

Müdafiə Nazirliyindən genişmiqyaslı təlimlərlə bağlı açıqlama: Düşmən hər hansı bir təxribata cəhd göstərsə…
15 May 2020 08:56


Azərbaycan Ordusunun keçirəcəyi genişmiqyaslı əməliyyat-taktiki təlimlər heç şübhəsiz Ermənistanın hərbi-siyasi rəhbərliyini qorxuya salıb.

Bu barədə realpress.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, ordumuz təlimləri ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində keçirir və burada beynəlxalq sənədlərin tələblərinin pozulmasından söhbət gedə bilməz. Bir daha bəyan edirik ki, Azərbaycan öz sərhədləri çərçivəsində istənilən sayda canlı qüvvə və müxtəlif döyüş texnikasını cəlb etməklə təlimlər keçirmək hüququna malikdir.

“BMT Baş katibinin ümumdünya atəşkəsinə riayət etmək çağırışına istinad edən Ermənistan tərəfinə xatırladırıq ki, rəsmi Yerevan ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələblərini yerinə yetirməlidir.

Qeyd edək ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələrinin mütəmadi təlimlər keçirməsi, beynəlxalq qurumların nəzarətindən yayınaraq külli miqdarda silah-sursat, döyüş texnikası və digər hərbi vasitələri gizlətməsi məhz rəsmi Yerevanın beynəlxalq hüquq norma və prinsiplərini, o cümlədən Vyana sənədinin əsas tələblərini kobud surətdə pozmasıdır.

Bildiririk ki, keçiriləcək təlimlərə Ermənistanın bu cür reaksiya verməsi, bir işğalçı dövlət kimi dünya ictimaiyyətinin və beynəlxalq qurumların diqqətini özündən yayındırmaq məqsədini güdür.

Müdafiə Nazirliyi bəyan edir ki, düşmən hər hansı bir təxribata cəhd göstərərsə Azərbaycan Ordusu Ermənistan tərəfinin bu hərəkətinin qarşısını güc tətbiq etməklə dərhal və qətiyyətlə alacaqdır”, - deyə nazirliyin açıqlamasında qeyd olunub.

24 May 2020
Hərbi

Azərbaycanda bir kəndin bütün sakinləri koronavirus yoxlamasından keçdi - VİDEO

Son günlər koronavirusa yoluxanların sayına görə Mərkəzi Aran rayonları üstünlük təşkil edir. Burada Kürdəmiri xüsusilə qeyd etmək lazımdır.

24 May 2020
Hərbi

Cəbhədə sakitlik pozuldu: Pulemyotlar işə düşdü

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

23 May 2020
Hərbi

Nazirlər Kabineti rəsmisindən hərbi çağırışla bağlı MÜHÜM AÇIQLAMA

“Hərbi çağırışla bağlı məsələlər müzakirə olunmaqdadır”.

21 May 2020
Hərbi

Hava Hücumundan Müdafiə bölmələri mövqe rayonlarını tutublar - VİDEO

Genişmiqyaslı əməliyyat-taktiki təlimləri çərçivəsində Hava Hücumundan Müdafiə (HHM) bölmələri yaşayış məntəqələrinin, müxtəlif təyinatlı obyektlərin və canlı qüvvənin şərti düşmənin hava hücumu vasitələrindən müdafiəsi üzrə təlim-döyüş tapşırıqlarının icrası məqsədilə yürüş edərək mövqe rayonlarını tutublar.

21 May 2020
Hərbi

Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 22 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.