“Qəbələ”dən rekord göstərici

“Qəbələ”dən rekord göstərici
18 May 2020 09:17


“Qəbələ” hazırkı UEFA reytinqində 148-ci yerdə qərarlaşıb.  

realpress.az klubun rəsmi saytına istinadən xəbər verir ki, son beş avrokubok mövsümünün nəticələrinə əsasən tərtib olunan siyahıda “qırmızı-qaralar” 7,500 xala malikdir.  

Komanda 2015/16 və 2016/17 mövsümlərinin hərəsində 2,000, 2017/18 və 2018/19 mövsümlərinin hər birində isə 1,000 xal qazanıb. Koronavirus pandemiyası üzündən dayandırılan cari mövsümdə çıxışını başa vuran “Qəbələ” aktivinə daha 1,500 xal əlavə edib. Bununla da əmsalını 7,500-ə çatdıran komandamız 148-ci sırada yer alıb. 

Bu, klub tarixinin rekord göstəricisidir. Belə ki, “Qəbələ” cari mövsümədək heç vaxt belə yüksək mövqedə qərarlaşmayıb. 

Avrokuboklarda debüt etdiyi 2014/15 mövsümündə siyahıya daxil edilən “qırmızı-qaralar” debütdə 358-ci yerdə qərarlaşıb. Növbəti il 253-cü, sonradan 185-ci olan “Qəbələ” hər dəfə xal hesabını da artırıb.  

2017-ci ilin yayından etibarən klub reytinqinin hesablama metodu dəyişdirilib. Nəticədə həm xallar azalıb, həm də geriləmə qeydə alınıb. Həmin vaxt mövsümü 191-ci sırada tamamlayan “Qəbələ” ötən yay 173-cü yerə qədər yüksəlib. Bu, klub tarixinin rekordu idi ki, cari mövsümdə həmin göstərici 25 pillə də yaxşılaşdırılıb. 

“Qəbələ” UEFA reytinqində 

2014/15 – 2,750 (358-ci yer) 

2015/16 – 5,225 (253-cü yer) 

2016/17 - 7,800 (185-ci yer) 

2017/18 - 5,250 (191-ci yer)  

2018/19 - 6,250 (173-cü yer) 

2019/20 – 7,500 (148-ci yer) 

23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.

23 Apr 2024
İdman

Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu

Azərbaycanın üç boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatının beşinci günündə çıxışını qələbə ilə başa vurub.

23 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatının ikinci günündə gümüş medal qazanıb.

23 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycan boksçusu erməni rəqibini məğlub etdi - VİDEO

Azərbaycan boksçusu Anaxanım İsmayılova Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

22 Apr 2024
İdman

Azərbaycanın cüdo millisi Avropa Kubokunda dördüncü olub - FOTO

Azərbaycanın cüdo yığması İtaliyanın Liqnano şəhərində gənclər arasında keçirilmiş Avropa Kubokunda ümumi hesabda 4-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.