“Sumqayıt” bu gün koronavirus testindən keçəcək, “Qəbələ” isə tələsmir

“Sumqayıt” bu gün koronavirus testindən keçəcək, “Qəbələ” isə tələsmir
18 May 2020 13:58


Xəbər verdiyimiz kimi, AFFA Azərbaycan Premyer Liqasında çıxış edən səkkiz klubun koronavirus testindən keçməsi üçün beş min manat maliyyə vəsaiti ayırıb.

realpress.az xəbər verir ki, klublarımızdan “Qarabağ”, “Neftçi”, “Keşlə”, “Zirə”, “Sabah” və “Səbail” klubları koronavirus testindən keçdiklərini və nəticələrin neqativ çıxdığını açıqlayıb. 

Ancaq paytaxtdan kənarda fəaliyyət göstərən “Sumqayıt” və “Qəbələ” klubları isə bu barədə heç bir məlumat yaymayıb. Bunun üçün hər iki klubla əlaqə saxladıq.

“Sumqayıt”ın prezidenti Riad Rəfiyev saytımıza açıqlamasında bu gün testdən keçəcəklərini bildirib:

“Testdən keçmək planımızda təxirə salınma yoxdur. Bu gün klubun məşqçilər heyəti, futbolçular koronavirus testindən keçəcək”.

“Qəbələ”nin prezidenti Fariz Nəcəfov isə açıqlamasında testdən keçmək üçün tələsmədiklərini açıqlayıb:

“Düzdür, beş min manat məbləğ hesabımıza AFFA tərəfindən köçürülüb. Lakin testdən keçmək üçün konkret bizə vaxt qoyulmayıb. Təbii ki, ayrılan məbləğlə testdən keçəcəyik. Amma bunun üçün klubların məşqlərə başlayacağı tarix bilinməlidir.

Çünki indi keçsək, məşqlərə başlamazdan əvvəl yenidən keçməli olacağıq. Əgər AFFA klublara məşqlərin və ya çempionatın bərpası barədə tarixi açıqlasa, biz də o zaman testdən keçəcəyik”.


19 Apr 2024
İdman

Azərbaycan gimnastı Dünya Kubokunun daha bir finalına yüksəlib - YENİLƏNİB + FOTO

Qadınlar arasında idman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Nazənin Teymurova Dohada keçirilən Dünya Kubokunda tir üzərində hərəkətlər proqramında finala yüksəlib.

19 Apr 2024
İdman

Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində ABŞ-nin keçmiş dövlət katibi Con Kerri ilə görüşüb.

19 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb.

18 Apr 2024
İdman

Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər

İdman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvləri Qətərin paytaxtı Dohada keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıblar.