“Azərreyl”də daha bir müqavilə

“Azərreyl”də daha bir müqavilə
20 May 2020 15:03


Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu Azərbaycan milli komandasının blokçusu Kseniya Pavlenko ilə danışıqları müsbət yekunlaşdırıb. 

realpress.az xəbər verir ki, 27 yaşlı voleybolçu “Azərreyl”lə müqaviləsini daha bir il müddətinə uzadıb.

O, 2020/2021 mövsümündə də “dəmiryolçular”ın formasını geyinəcək. 

Bununla da, ölkəmizi “Challenge” kubokunda təmsil edəcək “Azərreyl”in yeni il üçün heyətinə qatdığı oyunçuların sayı dördə çatıb.

Komanda bundan əvvəl sloveniyalı Moytsa Pene ilə müqavilənin müddətini uzadıb, ardınca slovakiyalı Romana Hudetsova və yığmamızın oyunçusu Yuliya Kərimova ilə bir illik razılıq əldə edib.

25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.

25 Apr 2024
İdman

Dünya kubokunda iki gimnastımız yarışacaq - FOTO

Azərbaycan bədii gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya kubokunda iştirak edəcəklər.

25 Apr 2024
İdman

Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.