Rusiya təyyarələri Trampı izləyib

Rusiya təyyarələri Trampı izləyib
22 May 2020 12:03


Ağ Evin Milli Təhlükəsizlik müşaviri Robert O`Brayan Rusiya təyyarələrinin “Açıq Səma Müqaviləsi” çərçivəsində ABŞ Prezidenti Donald Trampı izlədikləri haqqında açıqlama verib.

R.O` Brayan bu barədə “Fox News” telekanalına müsahibəsində söyləyib.

“Onlar Ağ Ev və mülki infrastruktur üzərindən uçuşlar həyata keçirib, ABŞ prezidentinin hərəkət istiqamətini izləyiblər. Beləliklə, Rusiya tərəfi müqavilədən uyğun şəkildə istifadə etməyib”.

Məlumat üçün qeyd edək ki, “Açıq Səma Müqaviləsi” 1992-ci ildə 24 ölkə arasında soyuq müharibədən sonra Avropada etimadın möhkəmləndirilməsi tədbiri kimi imzalanıb. Hazırda 34 dövlət sazişin üzvüdür. Müqavilə iştirakçısı ölkələrin bir-birilərinin silahlı qüvvələri və hərbi fəaliyyətləri haqqında açıq informasiya toplamaq icazəsi var.

29 Mar 2024
Dünya

İsrail Suriya ordusunun mövqelərini bombalayıb: 40-a yaxın hərbçi ölüb - VİDEO

İsrailin Suriyanın şimal-qərbində yerləşən Hələb əyalətinə endirdiyi hava zərbələri nəticəsində azı 36 Suriya hərbçisi həlak olub.

29 Mar 2024
Dünya

Braziliyada 25 mərtəbəli bina alovlara büründü - VİDEO

Braziliyanın Resife şəhərinin çoxmərtəbəli bina yanır.

29 Mar 2024
Dünya

“Crocus City Hall”da törədilən terror aktında xəsarət alanların sayı artdı

Rusiyada “Crocus City Hall”da martın 22-də törədilən terror aktında xəsarət alanların sayı 382 nəfərə çatıb.