Onurğa iflicindən əziyyət çəkən Xalq artistinin vəziyyəti yenidən pisləşdi - FOTO

Onurğa iflicindən əziyyət çəkən Xalq artistinin vəziyyəti yenidən pisləşdi - FOTO
22 May 2020 12:33


Xalq artisti Könül Xasıyevanın səhhəti yenidən pisləşib.

realpress.az xəbər verir ki, xəstə anasına baxmaq üçün hazırda Şəkidə ata evində yaşayan sənətçi müalicəsini orada davam etdirdiyini bildirib.

Xalq artisti sistem altında çəkilmiş fotosunu sosial media hesabında paylaşaraq, vəziyyətindən nigaran olduğunu yazıb:

“Allahın yazısına pozu yoxdur. Amma oğlum Kazımın toyunu görmədən ölmək istəmirəm”.

Xatırladaq ki, muğam ifaçısı K.Xasıyeva may ayının ilk günündə realpress.az-ın əməkdaşı ilə söhbətində qəbul etdiyi dərmanların bahalaşmasından şikayətlənmişdi:

“Oğlum Kazım da müalicə olunur. İkimiz də mütəmadi dərman qəbul etməliyik. Sağlamlığım həmin dərmanlardan asılıdır. Qəbul etdiyimiz dərmanların qiyməti son günlərdə bahalaşıb. Dərmanları almaqda çətinlik çəkirəm”.

Qeyd edək ki, sevilən sənətkar onurğa iflicindən əziyyət çəkir.

çəkirəm”.


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.