“Beşiktaş” klubundan icarə əsasında “Feyenoord”a keçən türkiyəli ulduz futbolçu Oğuzhan Özyakup yenidən “qara qartal”ın düşərgəsinə qayıtmaq istəyir.
Bu barədə “HaberGlobal” məlumat yayıb.
Artıq futbolçu “Feyenoord”dan təklif olsa belə, “Beşiktaş”a qayıtmaq istədiyini klub rəhbərliyinə çatdırıb.
O.Özyakupun 2 milyon avrodan artıq olan maaşında endirim etməsi gözlənilir.
Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov və bədii gimnastika üzrə milli komandanın baş məşqçisi Mariana Vasilyeva Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) olublar.
“Formula-1” Azərbaycan Qran Prisinin keçirilməsi 6 iyun tarixində nəzərdə tutulur.
Fransanın Nitsa şəhərində keçiriləcək güləş üzrə 47-ci Qran Pri yarışında iştirak edəcək millimizin heyəti müəyyənləşib.