Azərbaycanın yarımçıq qalmış 21 çempionatı barədə qərar verildi

Azərbaycanın yarımçıq qalmış 21 çempionatı barədə qərar verildi
22 May 2020 16:09


AFFA İcraiyyə Komitəsi yarımçıq saxlanılmış 21 liqa ilə bağlı qərarlar qəbul edib.

realpress.az xəbər verir ki, AFFA-nın təşkilatçılığı ilə keçirilən U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 liqalarında, U-11, U-13, U-16 və Yüksək qızlar liqalarında, “Coca-Cola Məktəbli Kuboku” turnirində, Region Liqasında mövsüm başa çatdırılıb.

Final mərhələsi pley-off sistemi ilə keçirilən turnirlər istisna olmaqla, digər liqalarda hazırda turnir cədvəlində birinci pillədə olan komandalar qalib elan edilib. Beləliklə, “Sabah” U-17 liqasının, “Qəbələ” isə U-16 və U-15 liqalarının çempionu olub.

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı müsbət istiqamətdə dəyişikliklər baş verərsə, Nazirlər Kabineti yanında operativ qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla, yekunlaşdırılmış liqaların komandaları arasında mini-turnirlərin təşkil olunması nəzərdə tutulub.

Azərbaycan Premyer Liqası və I Divizionla bağlı məsələyə koronavirus pandemiyası ilə əlaqədar vəziyyət və Nazirlər Kabineti yanında operativ qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla növbəti həftələrdə baxılacaq.

AFFA-nın Gənclər Liqası (U-19 yaş qrupu) ilə bağlı məsələyə UEFA ilə məsləhətləşmələrin nəticəsi, COVID-19 pandemiyası ilə əlaqədar vəziyyət və Nazirlər Kabineti yanında operativ qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla növbəti həftələrdə baxılacaq.

Futzal üzrə Yüksək Liqa, I Liqa, II Liqa və Azərbaycan Kuboku ilə bağlı Futzal Federasiyası tərəfindən müvafiq təkliflər hazırlanaraq AFFA-ya təqdim olunacaq. AFFA-nın rəyindən sonra müvafiq liqalarla bağlı Futzal Federasiyası tərəfindən qərarlar qəbul ediləcək.


24 May 2020
İdman

MMA döyüşçüsü Nurməhəmmədovun atasına müraciət etdi

Rusiyalı MMA döyüşçüsü Tahir Ulanbekov Həbib Nurməhəmmədovun atası və məşqçisi Abdulmanap Nurməhəmmədova müraciət edib.

24 May 2020
İdman

“Sumqayıt”ın qapıçısı: “Dostlarım koronavirusa yoluxub”

“Dostlarımın və qohumlarımın çoxu koronavirusa yoluxub”.

22 May 2020
İdman

Rəsul Çunayev fərdi məşqlərini davam etdirir - VİDEO

Yunan-Roma güləşi üzrə dünya çempionumuz Rəsul Çunayev fərdi məşqlərini davam etdirir.

22 May 2020
İdman

Türkiyəli ulduz futbolçu “Beşiktaş”a qayıdır

“Beşiktaş” klubundan icarə əsasında “Feyenoord”a keçən türkiyəli ulduz futbolçu Oğuzhan Özyakup yenidən “qara qartal”ın düşərgəsinə qayıtmaq istəyir.