Ukraynada karantin rejimi yumşaldılır

Ukraynada karantin rejimi yumşaldılır
23 May 2020 10:39

Ukraynada koronavirus pandemiyasına görə tətbiq edilmiş karantin rejimi yumşaldılır. Mayın 22-dən etibarən bəzi məhdudlaşdırıcı tədbirlər yumşaldılaraq, karantinə uyğunlaşma modeli tətbiq olunub.

 Ukraynanın Baş naziri Denis Şmıqal facebook səhifəsində hökumətin ümummilli məhdudlaşdırıcı qaydaları yumşaltdığını, lakin bununla yanaşı, həmin qaydaların yalnız epidemioloji vəziyyət baxımından bəzi regionlarda qüvvədə qalacağını bildirib.

Mayın 22-dən etibarən Ukraynada tamaşaçısız, 50 nəfərdən çox iştirakçının olmaması şərti ilə idman oyunlarının, dini tədbirlərin keçirilməsinə, avtonəqliyyat vasitələri ilə müntəzəm və qeyri-müntəzəm sərnişin daşımalarına, mehmanxanaların fəaliyyətinə, mayın 25-dən isə metropolitenin və uşaq bağçalarının işinə icazə verilir.

Həmçinin qeyd etmək lazımdır ki, iyunun 1-dən ölkədə vilayətlərarası daşımalara, iyunun 10-dan isə regionlarda karantin rejiminin yumşaldılması ilə əlaqədar binalarda yerləşən restoranların tam fəaliyyət göstərməsinə, mədəniyyət müəssisələrinin, mehmanxana və hostellərin işinə icazə verilir. İyun ayının 15-dən etibarən aviadaşımaların bərpası planlaşdırılır.

Ukrayna Səhiyyə Nazirliyinin məlumatlarına görə, ölkədə 20 min 148 nəfər COVID-19-a yoluxub. Onlardan 6 min 585 nəfəri sağalıb, 588 nəfər isə həyatını itirib.


23 Apr 2024
Dünya

Türkiyə Milli Suverenlik və Uşaq Bayramı Gününü qeyd edir - VİDEO

Türkiyədə 23 aprel Milli Suverenlik və Uşaq Bayramı Günü kimi qeyd edilir.

23 Apr 2024
Dünya

Avro və lirə ucuzlaşdı - Məzənnələr

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

23 Apr 2024
Dünya

London Ukraynaya uzaqmənzilli qanadlı raketlər verir

Böyük Britaniya Ukraynaya 500 milyon funt sterlinq (617 milyon dollar) dəyərində yeni hərbi yardım paketi ayıracaq.

23 Apr 2024
Dünya

Malayziyada helikopterlər təlim zamanı qəzaya uğradılar - ANBAAN VİDEO

Malayziyanın Lumut şəhərində hərbi parada hazırlaşan helikopterlərin təlim uçuşu zamanı qəza baş verib.