Könüllülər maraqlı aksiya həyata keçiriblər - FOTO

Könüllülər maraqlı aksiya həyata keçiriblər - FOTO
23 May 2020 10:45


Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) tərəfindən start verilən “Bir-birimizi qoruyaq!” adlı kampaniyanın  məqsədi karantin rejiminin yumşaldılması ilə əlaqədar insanların kütləvi toplaşdığı yerlərdə sosial məsafə və digər davranış qaydaları barədə ictimai maarifləndirmənin aparılması, həm xəstəliyin yayılmasının qarşısının alınması üçün vaxtında səmərəli tədbirlər həyata keçirən dövlətimizə, həm də koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə gecə-gündüz çalışan vətəndaşlarımıza könüllülərin dəstəyini nümayiş etdirməkdən ibarətdir.

Kampaniyanın yeni mərhələsində könüllülər vətəndaşlar tərəfindən ara məsafəsinin qorunmasının təbliğ və təşviq edilməsi məqsədilə, yeni maraqlı aksiyaya başlayıblar.

Respublikanın şəhər və rayonlarında, o cümlədən, Bakının 12 rayonunda keçirilən aksiya çərçivəsində əhalinin çox olduğu məkanlarda könüllülər asfalt üzərində dairələr çəkərək, vətəndaşların öz növbələrini həmin dairələr üzərində duraraq gözləmələrini, sosial məsafənin qorunmasını təbliğ etməyə çalışıblar.

Həmçinin, könüllülər özlərinin nümunəsində əyani şəkildə sosial məsafə saxlamağın vacibliyini nümayiş etdirirlər.

Qeyd edilməlidir ki, yeni növ koronavirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə 27 mart 2020-ci il tarixində formalaşan və fəaliyyətində “ASAN Könüllüləri” Təşkilatı, “Regional İnkişaf” İctimai Birliyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, “Formula 1 Azərbaycan Qran Prisi” Könüllülük Proqramı, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” Dəstəsi, “Turizm Könüllüləri” Təşkilatı, “Ekokönüllüləri” Qrupu, “AFFA və Avro-2020” Könüllülər Proqramı, “Gənc Könüllülər” Hərəkatı və digər təşkilat və hərəkatların iştirak etdiyi Mərkəzin işinin əlaqələndirilməsi Gənclər Fondu tərəfindən həyata keçirilir.

Öz fəaliyyətində Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutan AKƏM tərəfindən respublikanın demək olar ki, bütün şəhər və rayonlarında könüllülər səfərbər olunub, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsi həyata keçirilib.

Bugünədək AKƏM-in təşkilatçılığı ilə keçirilən “Böyüklərimizi qoruyaq!”, “Könüllü qonşu”, “Könüllü donor” aksiyalarında minlərlə könüllü iştirak edib.


25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.