Pakistandakı təyyarə qəzasından iki nəfər sağ çıxdı

Pakistandakı təyyarə qəzasından iki nəfər sağ çıxdı
23 May 2020 10:48


“Pakistan International Airlines” şirkətinə məxsus “Airbus 320” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində göyərtədəki 99 nəfərdən 97-si həlak olub.

Bu barədə Pakistanın Sind əyalətinin Səhiyyə Nazirliyinin sosial şəbəkə hesabında məlumat verilib.

Yenilənmiş informasiyaya görə, təyyarənin sərnişinlərindən ikisi sağ qalıb. Sağ qalanların vəziyyəti stabildir, onlar xəstəxanaya yerləşdirilib. Qəzada sağ çıxanlardan biri Pakistanın “Pəncab” bankının prezidenti Zəfər Məsuddur.

Pakistan hökuməti təyyarə qəzasının səbəblərinin araşdırılması üçün xüsusi komissiya yaradıb.

25 Apr 2024
Dünya

Çində daşqınlar son 100 ilin ən böyük fəlakətlərindən biri oldu - VİDEO

Çinin 127 milyon əhalisi olan Quandun əyalətindəki daşqın son 100 ilin ən böyük ikinci təbii fəlakəti hesab olunub.

25 Apr 2024
Dünya

Bayden üç ölkəyə hərbi yardım haqqında qanunu imzalayıb - VİDEO

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya hərbi yardım göstərilməsi haqqında qanun layihəsini imzalayıb.

25 Apr 2024
Dünya

İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO

Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov Prezident İlham Əliyevin dəvət məktubunu İraq Prezidenti Əbdüllətif Camal Rəşidə təqdim edib.

25 Apr 2024
Dünya

Qazaxıstan Britaniya ilə strateji tərəfdaş oldu

Qazaxıstan və Böyük Britaniya hökumətləri arasında strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalanıb.