Kipr iyunda xarici turistləri qəbul edəcək

Kipr iyunda xarici turistləri qəbul edəcək
23 May 2020 10:51

Kipr iyunun 9-dan başlayaraq digər ölkələrlə aviaəlaqəni bərpa edəcək.

 bunu ölkənin Nəqliyyat, Kommunikasiya və İctimai İşlər naziri Yannis Karusos deyib.

O bildirib ki, iyunun 1-dən ölkədə hotellər fəaliyyətə başlayacaq.

Nazirin sözlərinə görə, ilkin mərhələdə Kipr 19 ölkədən turistləri qəbul edəcək və bu ölkələr də öz növbəsində iki qrupa bölünəcək:

“Birinci qrupa Yunanıstan, Malta, Bolqarıstan, Norveç, Avstriya, Finlandiya, Sloveniya, Macarıstan, İsrail, Danimarka, Almaniya, Slovakiya və Litva daxildir. İkinci qrupda isə İsveçrə, Polşa, Rumıniya, Xorvatiya, Estoniya və Çexiya yer alır”.

O əlavə edib ki, turistlərin qəbulu iki mərhələdə aparılacaq. Birinci mərhələ iyunun 9-dan 19-dək davam edəcək, ikinci mərhələ isə iyunun 20-də başlayacaq.

Qeyd olunur ki, Kiprə səfər etmək niyyətində olan turistlər uçuşdan əvvəl 72 saatdan gec olmayaraq koronavirusa yoluxmamaları barədə sənəd əldə etməlidir


19 Apr 2024
Dünya

Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq əldə ediblər

Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.

19 Apr 2024
Dünya

Türkiyə XİN İsraillə İrana çağırış edib

Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

19 Apr 2024
Dünya

Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO

Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.

19 Apr 2024
Dünya

Türkiyədə çökən qızıl mədənində ölənlərin sayı artdı - FOTO

Türkiyənin Ərzincan şəhərinin İliç rayonunda qızıl mədəninin yerləşdiyi geniş ərazidə torpaq sürüşməsi zamanı itkin düşən doqquz işçidən daha birinin cəsədi tapılıb.

19 Apr 2024
Dünya

Rusiya Dnepropetrovsk vilayətini atəşə tutdu: Ölən və yaralananların sayı artdı - YENİLƏNİB + FOTO/VİDEO

Rusiyanın Dnepropetrovsk vilayətini atəşə tutması nəticəsində ölən və yaralananların sayı artıb.