Ukraynada koronavirusdan sağalanların sayı 7 minə çatır

Ukraynada koronavirusdan sağalanların sayı 7 minə çatır
23 May 2020 10:58

Ukraynada daha 432 nəfərdə koronavirus aşkarlanıb və bununla da ölkədə yoluxma hallarının sayı 20 580-a çatıb.

bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bundan başqa, Şərqi Avropa ölkəsində virusdan ölənlərin sayı daha 12 nəfər artaraq 605-ə yüksəlib.

İndiyədək Ukraynada 929 nəfər koronavirusdan sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,3 milyonu ötüb. Bunların 2,1 milyon nəfərdən çoxu sağalıb, 340 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


29 Mar 2024
Dünya

Hərbi təyyarə dənizə düşdü

Sevastopol yaxınlığında hərbi təyyarə dənizə düşüb, lakin şəhərin mülki obyektlərinə ziyan dəyməyib.

29 Mar 2024
Dünya

Polşa Silahlı Qüvvələri Rusiyaya görə təyyarələri səmaya qaldırıb

Polşa Silahlı Qüvvələri Rusiya aviasiyasına görə təyyarələri səmaya qaldırdıqlarını açıqlayıb.

29 Mar 2024
Dünya

Rusiyada terror qurbanları “Crocus City Hall” yaxınlığında çiçəklərlə anılır - VİDEO

Rusiyanın Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert zalında baş verən hadisədən bir həftə keçir. İnsanlar terror qurbanlarını anmaq üçün hələ də “Crocus” yaxınlığına gül gətirirlər.

29 Mar 2024
Dünya

ABŞ husilərin PUA-larını məhv edib

ABŞ Yəmənin “Ənsar Allah” (husilər) hərəkatının üsyançılarına məxsus dörd pilotsuz uçuş aparatını (PUA) məhv edib.