Ramazan bayramı namazı necə qılınır?

Ramazan bayramı namazı necə qılınır?
23 May 2020 11:03

Bayram namazı iki rükətdir. Şiə məzhəbində bu namaz doqquz qunutla belə qılınır: birinci rəkətdə həmd-surədən sonra beş təkbir deyilməli, hər təkbirdən sonra bir qunut tutulmalıdır. Beşinci qunutdan sonra isə bir təkbir deyib rükü və iki səcdəni yerinə yetirmək lazımdır.

İkinci rükətdə isə həmd surədən sonra dörd təkbir deyilməli, hər təkbirdən sonra bir qunut tutub beşinci təkbirdən sonra rükü, səcdəni yerinə yetirib təşəhhüd və salamı demək lazımdır.

Bayram namazının qunutunda hər hansı dua oxunsa, kifayətdir. Amma daha yaxşı olar ki, aşağıdakı dua oxunsun:

"Allahummə əhləl kibriyai vəl əzəməti və əhləl cudi vəl cəbərut. Və əhləl əfvi vər rəhməti və əhlət təqva vəl məğfirəti əsəlukə bi həqqi hazəl yovm. Əlləzi cəəltəhu lil musliminə iyda . və li Muhəmmədin səlləllahu ələyhi və alihi zuxrən və şərəfən və kəramətən və məzida. Ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi Muhəmmədən və alə Muhəmməd. Və ən tuxricəni min kulli suin əxrəctə minhu Muhəmmədən və alə Muhəmməd. Sələvatukə ələyhi və ələyhim. Allahummə inni əsəlukə xəyrə ma sələkə bihi ibadukəs salihun, və əuzu bikə mimməstəazə minhu ibadukəl muxləsun" (duanı əzbər bilməyənlər onu kağızdan da oxuya bilərlər).

Əhli-sünnə məzhəbində bayram namazının qılınma qaydası belədir:

Bütün namazlarda olduğu kimi namaz iftitah (açılış) təkbiri ilə başlayır. (Əllər qaldırılaraq Allahu Əkbər deyilir) Bundan sonra birinci rükətdə 3 təkbir gətirilir. (Hər dəfə əllər qaldırılaraq Allahu Əkbər deyilir) Bundan sonra adi qayda ilə Fatihə və Qurandan bir hissə oxunur. Daha sonra rüku sonra da səcdə edilir. İkinci rükətə qalxdıqdan sonra 3 təkbir edilir. Yenə də Fatihə və Qurandan bir hissə oxunur. Bundan sonra rüku, səcdə, təhiyyat, salamlar edilir. Bundan sonra imam iki xütbə oxuyar. Və nəhayət bununla da bayram namazı bitmiş olur.

Xatırladaq ki, bu il Ramazan bayramı namazı koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejimində məscidlərdə qılınmayacaq. Bu namazı hər kəs fərdi şəkildə evdə icra edə bilər.


28 Mar 2024
Cəmiyyət

Sumqayıtda avtomobil yollarının təmirinə başlanılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı ölkə Prezidentinin Sərəncamına əsasən genişmiqyaslı təmir-tikinti işlərinə başlayıb.

28 Mar 2024
Cəmiyyət

Dövlət İmtahan Mərkəzi auditor seçir

Dövlət İmtahan Mərkəzi (DİM) 2023-2024-cü illər üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

28 Mar 2024
Cəmiyyət

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb.

28 Mar 2024
Cəmiyyət

Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən ilk Qədr (əhya) gecəsidir.

28 Mar 2024
Cəmiyyət

Nazir: “Strateji sahələrin təmsilçilərinə təbriklərimizi çatdırırıq” - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanları əməkdaşlarının peşə bayramları münasibəti ilə təbrik edib.