Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Bakıda yararsız kitabxana binasının sosial şəbəkələrdə yayılan fotolarına münasibət bildirib.
İdarədən realpress.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bərbad vəziyyətdə olan tikili kitabxananın öz binası deyil:
“Nəsimi rayonunda, Cavadxan küçəsi, 21 ünvanında yerləşən kitabxana Nəsimi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasının əsl binası deyil. Hazırda kitabxananın binasında təmir işləri aparıldığı üçün müvəqqəti olaraq orada yerləşdirilib.
Təmir başa çatdıqdan sonra yenidən köçürüləcək. Bildiyiniz kimi, bir neçə aydır ki, koronavirus pandemiyası ilə bağlı ölkədə karantin vəziyyəti elan edildiyi üçün əməkdaşlar işə gəlməyib. Onlar işə gəldikdən sonra kitabxananın köçürüldüyü binanın üzərinin o vəziyyətə salındığını görüblər”.
“Lazımi göstərişlər verilib. Kitabxananın ətrafı abadlaşdırılacaq. Ərazini o vəziyyətə salan daha çox ətrafda yaşayış binası tikənlərdir. Ərazi abadlaşdırıldıqdan sonra biz də ölçülər götürəcəyik”, - deyə İdarədən qeyd edilib.
İsmayıllı rayonuna yağan qar elektrik verilişində qısa müddətli fasilələr yaradıb.
Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvləri, müharibə iştirakçıları, müharibədən zərər çəkənlər, erməni terroruna məruz qalanlardan ibarət olmaqla artıq 3200-dən çox şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial-psixoloji dəstək və reabilitasiya xidməti ilə əhatə olunub.
Azərbaycan müstəqilliyə gedən yolda çox itkilər verdi. Ən ağrılı günlərdən biri isə 1990-cı il yanvarın 20-də Sovet ordusunun tanklarla Bakıya girərək, insanları qətlə yetirməsi olub.