“Türkiyə Silahlı Qüvvələri yanvarın 1-dən etibarən İraq və Suriyanın şimalında keçirdiyi əməliyyatlar zamanı 1 458 terrorçunu zərərsizləşdirib”.
“HaberGlobal”ın məlumatına görə, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.
“Mübarizəmiz kəskin şəkildə davam edir. Türkiyə Silahlı Qüvvələrinin bu mübarizəsi ən son terrorçu zərərsizləşdirilənə qədər əzmkarlıq və qərarlılıqla davam edəcək”, - deyə, nazir bildirib.
Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.
Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.
Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.