Maldiv adalarında turistlər üçün yeni QAYDALAR

Maldiv adalarında turistlər üçün yeni QAYDALAR
27 May 2020 15:45


Maldiv adalarında turistlərin qəbulu üçün yeni qaydalar hazırlanıb. 

Bu barədə ATOR xəbər yayır.

Bildirilir ki, iyun ayında ölkə super yaxtalar və şəxsi təyyarələr üçün açıq olacaq. Şəxsi təyyarənin eniş qiyməti 50 min dollardır. Yaxtadan gələn gəlirin isə 10 min dollar olduğu bildirilir.

İyun ayında Maldiv adaları kommersiya uçuşlarını qəbul etməyə başlayacaq. Həmin dövrdə adalara səyahət edəcək turistlər COVID-19 testindən keçiriləcək.

Turistlər yalnız yeni tipli xüsusi kurort lisenziyası olan hotellərdə istirahət edə biləcəklər. Lisenziya müəyyən tələblərə cavab verən hotellərə verilir.

Beləliklə, lisenziyalı kurortlar qonaqları mümkün qədər təcrid etmək üçün otaqların 10 faizini ehtiyata qoymalı və karantin rejiminə keçməyə hazır olmalıdırlar.

Heyətdə şəxsi qoruyucu vasitələrdən istifadə edilməli, sosial məsafə və dezinfeksiya qaydalarına əməl olunmalıdır. 

Səyahətə gələnlərin işçilərlə əlaqəsi minimuma endirilməli, ünsiyyət zamanı ən azı bir metr məsafə saxlanılmalıdır.

Adalara səyahət təyyarələr və gəmilər arasında nəqliyyat üçün təhlükəsizlik standartına uyğun hazırlanmış polis nəzarəti ilə təmin ediləcək. Transfer zamanı bütün sərnişinlər maska taxmalı və uçuş zamanı bir metr məsafəni gözləməlidirlər.

25 Apr 2024
Dünya

Avro və rubl bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

25 Apr 2024
Dünya

Çində daşqınlar son 100 ilin ən böyük fəlakətlərindən biri oldu - VİDEO

Çinin 127 milyon əhalisi olan Quandun əyalətindəki daşqın son 100 ilin ən böyük ikinci təbii fəlakəti hesab olunub.

25 Apr 2024
Dünya

Bayden üç ölkəyə hərbi yardım haqqında qanunu imzalayıb - VİDEO

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya hərbi yardım göstərilməsi haqqında qanun layihəsini imzalayıb.

25 Apr 2024
Dünya

İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO

Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov Prezident İlham Əliyevin dəvət məktubunu İraq Prezidenti Əbdüllətif Camal Rəşidə təqdim edib.