Suriyada İslam xəlifələrindən olan Ömər ibn Əbdüləzizin məzarı qazılaraq dağıdılıb.
İkinci ərəb xəlifəsi olan Ömərin nəvələrindən biri olan Ömər ibn Əbdüləzizin və həyat yoldaşı Fatimə ibn Əbdül Malikin məzarlarının dağıdıldığı bildirilir.
Ömər ibn Əbdüləzizin nəşinin aqibəti barədə məlumat yoxdur.
Daha əvvəl onun türbəsinə ziyan vurulduğu bildirilmişdi.
Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.
Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.
Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.