Rusiya – Azərbaycan sərhədində baş verənlərlə bağlı Dövlət Gömrük Komitəsindən AÇIQLAMA – YENİLƏNİB+VİDEO

Rusiya – Azərbaycan sərhədində baş verənlərlə bağlı Dövlət Gömrük Komitəsindən AÇIQLAMA – YENİLƏNİB+VİDEO
27 May 2020 20:24


Kənd təsərrüfatı məhsulları ilə dolu olan yüzlərlə avtomobil Azərbaycan Rusiya sərhədindəki “Samur” sərhəd gömrük buraxılış məntəqəsində qalıb.

Baku TV-nin qaynar xəttinə göndərilən kadrlarda yük avtomobillərinin ucsuz bucaqsız növbədə gözlədiyi öz əksini tapıb.

“Qarabağ Transport” şirkətinin rəhbəri Ramil Bəylərovun sözlərinə görə, hətta pandemiya dövründə hər gün azı 200-250 TIR Rusiyaya buraxılırdısa, son bir həftə ərzində gün ərzində cəmi 20-25 maşının keçidinə icazə verilir.

Yük maşınlarında kartof, pomidor, çiyələk və başqa kənd təssərüfatı məhsulları daşınır. Lakin TIR-ların 4-5 gündür sərhəddə gözləməsi məhsulların tələf olmasına gətirib çıxarır. Digər tərəfdən soyducular fasiləsiz işlədiyindən gündəlik 50 litr yanacaq sərf edilir ki, bu da iş adamlarına maddi ziyan vurur.

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov isə Baku TV-yə açıqlamsında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir, hər gün 250-yə qədər yük maşını sərhəddən keçir.

Onun sözlərinə görə, yük maşınlarının buraxılması proesduru ənənəvi qaydada davam etdiriləcək.

17:49

Günlərdir kənd təsərrüfatı məhsulları ilə dolu olan yüzlərlə avtomobil Azərbaycan-Rusiya sərhədində qalıb. 

Baku. TV-nin qaynar xəttinə göndərilən kadrlarda yük avtomobillərinin ucsuz-bucaqsız növbədə gözlədiyi görünür. 

“Üç gecədir sərhəddəyəm. Qarşımda 100 maşın var”, - deyə sürücülərdən biri bildirib. 

Ətraflı Baku.Tv-nin süjetini təqdim edirik:

29 Mar 2024
Cəmiyyət

Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - FOTO

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub.

29 Mar 2024
Cəmiyyət

Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO

Sumqayıt şəhəri ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı təmir-tikinti işlərinə başlanılıb.

29 Mar 2024
Cəmiyyət

SOCAR prezidentinə yeni müşavir təyin edildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilən Şahmar Hüseynovun yeni iş yeri bəlli olub.

29 Mar 2024
Cəmiyyət

​​​​​​​ “Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb - FOTO

Martın 28-də Azərbaycan Gənclər və İdman Nazirliyi ilə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu arasında “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” Beynəlxalq Proqramının keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb.

29 Mar 2024
Cəmiyyət

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb - YENİLƏNİB

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb.