Dünya birjalarında neft ucuzlaşmaqda davam edir

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir
28 May 2020 12:03


Mayın 28-də səhər dünyada neft qiymətlərində ucuzlaşma müşahidə olunub.

realpress.az xəbər verir ki, bunu auksion məlumatları göstərir.

Belə ki, WTI markalı neftin iyul fyuçersləri 3,63% azalaraq, bir barel üçün 31,62 dollar olub.

“Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 2,48 % azalaraq, bir barelə görə 33,88 ABŞ dolları təşkil edib.

2 İyul 2020
İqtisadiyyat

İdxal olunan benzinin qiymətinin artması ölkənin yanacaq balansına təsir etməyəcək - TƏHLİL

Bu ilin mart ayında dünyada neft qiymətlərinin aşağı düşməsi, həmçinin koronavirus pandemiyası şəraitində tətbiq olunan fərdi nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırmaq tədbirləri bir sıra ölkələrdə pərakəndə benzin satışı qiymətlərinin görünməmiş dərəcədə ucuzlaşmasına səbəb oldu. Bu proseslər Azərbaycanın yanacaq bazarına da təsir etdi; idxal olunan yüksək oktanlı benzinin qiymətləri mart və may aylarında ucuzlaşdı. Lakin iyun ayının sonunda bazar konyunkturasında dəyişiklik dünya miqyasında yanacaq qiymətlərinin artmasına səbəb oldu, bu da təbii olaraq Azərbaycana idxal olunan “Premium Euro-95”in pərakəndə satış qiymətlərinə təsir etdi.

1 İyul 2020
İqtisadiyyat

Sahibkarlığın güzəştli maliyyələşdirilməsində YENİ MEXANİZMLƏR -VİDEO

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2020-ci il tarixli fərmanı ilə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası təsdiq olunub və Fondun nizamnaməsində dəyişikliklər edilib.

1 İyul 2020
İqtisadiyyat

Azərbaycanda Aİ-95 benzininin bahalaşmasının səbəbi açıqlandı

Bu gündən Azərbaycanda Aİ-95 (“Premium”) markalı benzin bahalaşıb.