ABŞ Dövlət katibi Azərbaycan xalqını təbrik etdi

ABŞ Dövlət katibi Azərbaycan xalqını təbrik etdi
28 May 2020 14:03


ABŞ Dövlət katibi Mayk Pompeo Azərbaycan xalqını 28 may – Respublika Günü münasibətilə təbrik edib.

Təbrik ABŞ Dövlət Departamentinin saytında yerləşdirilib.

“Amerika Birləşmiş Ştatlarının hökuməti adından Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edirəm. ABŞ və Azərbaycan otuz ilə yaxındır ki, mühüm tərəfdaşlıq əlaqələrindən bəhrələnməyə davam edir. Biz təhlükəsizlik, energetika, iqtisadi inkişafla yanaşı insan hüquqlarının və əsas azadlıqların qorunması kimi vacib sahələrdə birgə səy göstəririk. Əfqanıstanda sülhün bərqərar olması naminə çiyin-çiyinə fəaliyyət göstərən, habelə Cənub Qaz Dəhlizi vasitəsilə Avropada enerji təhlükəsizliyini gücləndirmək üçün birgə çalışan dövlətlərimiz ən vacib qlobal məsələlər üzərində əməkdaşlığı davam etdirir.

ABŞ ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiq qalır.

COVID-19 pandemiyası bu il dünyaya misilsiz çətinliklər gətirsə də, əminəm ki, Azərbaycan xalqı cəsarət və qətiyyətlə onlara sinə gərəcək. Birləşmiş Ştatlar sizin yanınızdadır, Azərbaycanın suverenliyini və müstəqilliyini dəstəkləyir”, - təbrik mətnində qeyd olunur.

29 Mar 2024
Cəmiyyət

“Böyük Dəbilqə”: İlk gündə Azərbaycanın 3 cüdoçusu mübarizə aparacaq

Bu gün Türkiyənin Antalya şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start veriləcək.

29 Mar 2024
Cəmiyyət

Xırdalanda 10-dan çox qumbara tapıldı - FOTO/VİDEO

Abşeron rayonu, Xırdalan şəhəri ərazisində sursat aşkar edilib.

29 Mar 2024
Cəmiyyət

Naxçıvandan Qarabağa yola düşən şəhid ailələri Füzulidə olublar - FOTO

Bu gün Naxçıvandan Qarabağa yola düşən şəhid ailələri Füzuli rayonunda olublar.

29 Mar 2024
Cəmiyyət

Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Xalqımıza qarşı həyata keçirilmiş ən dəhşətli soyqırımı hadisələrindən biri 1918-ci ilin mart-aprel aylarında törədilib və bu qanlı hadisə Azərbaycan tarixinə 31 Mart soyqırımı kimi yazılıb.

29 Mar 2024
Cəmiyyət

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.