Sosial şəbəkələrdə “uçan xalça” ilə bağlı video virus kimi yayılaraq, qısa müddətdə səkkiz milyondan artıq baxış toplayıb.
“RİA Novosti”nin məlumatına görə, @sha_ji1 ləqəbli istifadəçi bu videonu “Twitter” hesabında paylaşıb.
Əslində, kadrlarda Himalayda hərəkət edən ictimai nəqliyyat əks olunub. Lakin optik illüziya insanlarda “uçan xalça” təəssüratı yaradıb.
Bir çox istifadəçilər isə təhlükəli yola diqqət yönəldiblər. Bəziləri hətta videoya baxdıqda belə başlarının gicəlləndiyini etiraf edib.
Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.
Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.
Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.