Tarixi qərarların verildiyi bina - VİDEO

Tarixi qərarların verildiyi bina - VİDEO
28 May 2020 17:24


Azərbaycan Demokratik Respublikasının ilk paytaxtı və qərargahı Gəncə şəhərində olub. 

Baku.Tv tarixi qərarların verildiyi binada 102 illik xatirələri araşdırıb. 

1918-ci ilin 16 iyun tarixində Xalq Cümhuriyyəti Tiflisdən Gəncəyə köçür və fəaliyyətini indiki Azərbaycan Dövlət Aqrar Universitetinin binasında davam etdirir. 

AXC Gəncədəki üç aylıq fəaliyyəti dövründə bir çox vacib qərarlar qəbul edir. Məhz bu binada keçirilən toplantılarda müstəqilliyimizin qurucuları, baniləri tərəfindən Azərbaycan dilinin dövlət dili elan edilməsi, Milli Ordunun yaradılması kimi çox böyük əhəmiyyət kəsb edən qərarlar qəbul olunur, tarixi sənədlər imzalanır.

Xalq Cümhuriyyəti dönəmində Gəncənin tarixi adı özünə qaytarılır. 

Azərbaycan Xalq Cümhuriyyət tarixinin ilk mətbu orqanı “Azərbaycan Hökumətinin Xəbərləri” adlı nəşri də burada işıq üzü görür. Bundan əlavə, Bakının bolşevik-daşnak qüvvələrindən azad edilməsi də Gəncədən başlayır.

25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.