Beynəlxalq “İpək yolu kuboku” turnirinin qalibi Azərbaycan şahmatçısı Rauf Məmmədov olub

Beynəlxalq “İpək yolu kuboku” turnirinin qalibi Azərbaycan şahmatçısı Rauf Məmmədov olub
29 May 2020 09:56

Gənclər və İdman Nazirliyinin, Azərbaycan və Gürcüstan Şahmat federasiyalarının, eləcə də SOCAR-ın təşkilatçılığı ilə şahmatın blits növü üzrə onlayn qaydada keçirilən beynəlxalq “İpək yolu kuboku” turnirinə yekun vurulub.

 turnirdə 15 turdan 11,5 xal toplayan azərbaycanlı qrossmeyster Rauf Məmmədov birinci yeri tutub. Ondan yarım xal geri qalan gürcü Bahadur Cobava ikinci yerdə qərarlaşıb. Üçüncü yeri isə 10,5 xalla Azərbaycan yığmasının digər üzvü Nicat Abasov tutub.

Yığmamızın üzvlərindən Şəhriyar Məmmədyarov, Aydın Süleymanlı, Nicat Məmmədov, Vasif Durarbəyli ilk 10-da yer alıblar. Belə ki, Ş.Məmmədyarov 10 xalla 5-ci, A.Süleymanlı 9,5 xalla 7-ci, N.Məmmədov eyni xalla 9-cu, V.Durarbəyli 9 xalla 10-cu olublar

Qeyd edək ki, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədovun təşəbbüsü ilə keçirilən turnir Azərbaycanın və Gürcüstanın milli bayramları - müvafiq olaraq, Respublika Günü və Müstəqillik Gününə həsr edilib. Yarışın təşkilində məqsəd Azərbaycan ilə Gürcüstan arasında idman sahəsində əlaqələrin inkişafı, pandemiya dövründə şahmatçıların oyun praktikasının qorunub saxlanması və bu qədim idman növünün təbliğidir.

Qeyd edək ki, yarışın ümumi mükafat fondu 20 min avrodur.

Yarış “playchess.com” virtual oyun platforması vasitəsilə keçirilib.


25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.

25 Apr 2024
İdman

Dünya kubokunda iki gimnastımız yarışacaq - FOTO

Azərbaycan bədii gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya kubokunda iştirak edəcəklər.

25 Apr 2024
İdman

Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.