Bu ərazilər nəzarətə götürüldü - Yoluxma halları artıb

Bu ərazilər nəzarətə götürüldü - Yoluxma halları artıb
31 May 2020 11:29

Son günlər koronavirus infeksiyasına yoluxma hallarının artdığı rayonlarda biri də Xaçmazdır.

indiyədək rayonda 31 yoluxma halı qeydə alınıb ki, bunlardan da 21 nəfəri Köhnə Xaçmaz kənidinin sakinləridir. Sakinlərin sözlərinə görə, pandemiyanın ocağı kənddəki bir məhəllədir. Sonrakı günlərdə də yoluxma aşkarlandığından kənd nəzarətə götürülüb.

Goranboy da son günlər koronavirus pandemiyasına yoluxmanın qeydə alındığı rayonlardandır. Goranboy Rayon Mərkəzi Xəstəxanasına bu günə kimi müxtəlif bölgələrdən olan 408 xəstə daxil olub. Onlardan 255 nəfəri sağalaraq evə buraxılıb, 6 nəfər dünyasını dəyişib. 24 nəfər müalicə üçün Bakıya, 1 nəfər isə Gəncəyə göndərilib. 122 nəfərin müalicəsi isə davam etdirilir. Yoluxma hallarının qarşının alınması üçün rayon ərazisində dezinfeksiya işləri aparılır, sakinlərlə maarifləndirci söhbətlər edilir.Bu günədək 47 nəfərin koronavirusa yoluxduğu Qəbələ də xəstə sayına görə ön sıralardadır. Son günlər yoluxmanın daha çox qeydə alındığı ərazi "Zarağan-2" məcburi köçkün şəhərciyidir. Bu qəsəbə də artıq nəzarətə götürülüb. Ərazidə izolyasiya tədbirləri davam etdirilir.

19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.