Deputat Ramil Səfərovun əfv edilməsi prosesini şərh etdi

Deputat Ramil Səfərovun əfv edilməsi prosesini şərh etdi
31 May 2020 12:45


Milli Məclisin iclasında deputat Nizami Səfərov Avropa İnsan Hüquqları Məhkəməsinin “Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” işi üzrə qərarına münasibət bildirib. 

realpress.az-ın xəbərinə görə, deputat Avropa Məhkəməsinin qərarının təsadüfi xarakter daşımadığını deyib.

“Ramil Səfərovun məsələsinə dair Avropa Parlamentinin 13 sentyabr 2002-ci il və AŞPA-nın “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” Konvensiyasından sui-istifadə hallarının qarşısının alınması üçün tədbirlər haqqında 18 noyabr 2014-cü il tarixli qərəzli qətnamələri var”, - deyə N.Səfərov əlavə edib.  

“Azərbaycanın Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndindən irəli gələrək, 31 avqust 2012-ci il ildə cənab Prezident tərəfindən Ramil Səfərov barəsində verilən əfv fərmanı birmənalı olaraq beynəlxalq hüquqi razılaşmadan irəli gəlir. Bu, dövlətimizin öz üzərinə götürdüyü öhdəliklərin hüquqi çərçivəsindədir”, - deyə deputat bildirib.

Xatırladaq ki, Avropa Məhkəməsinin “Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” qərarında Avropa Konvensiyasının 2-ci maddəsinin (yaşamaq hüququ) maddi aspektinin Azərbaycan hökuməti tərəfindən pozulmadığı müəyyən edilib. 

Azərbaycan Xarici İşlər Nazirliyi qərarı şərh edib. Bildirilib ki, Avropa Məhkəməsinin gəldiyi nəticəyə görə, Ramil Səfərov əməllərin törədilməsi zamanı fərdi qaydada çıxış edib və ölkəmizi təmsil etməyib: 

“Beləliklə də, Azərbaycan hökuməti bu əməllərə görə beynəlxalq hüquqi məsuliyyət daşıya bilməz. Eyni zamanda, hesab edirik ki, Silahlı Qüvvələrimizin zabiti Ramil Səfərovun Azərbaycanın 1993-cü ilin avqustunda Ermənistan tərəfindən işğal olunmuş Cəbrayıl rayonunda anadan olduğu, yaxın qohumlarını müharibədə itirdiyi, hələ yeniyetmə ikən məcburi köçkün həyatının ağrı və iztirabları yaşadığı məhkəmə işində nəzərə alınmalı idi”.

Rəsmi Bakı Avropa Məhkəməsini qınayan bəyanat da səsləndirib: 

“Yaxşı olardı ki, Avropa Məhkəməsi Ermənistanın Azərbaycana qarşı təcavüz siyasətini və Ramil Səfərovun məhz bu işğal siyasətinin qurbanı olan məcburi köçkün olduğunu qərar ilə bağlı yaydığı məlumatında qeyd edərdi”.


28 Mar 2024
Cəmiyyət

Sumqayıtda avtomobil yollarının təmirinə başlanılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı ölkə Prezidentinin Sərəncamına əsasən genişmiqyaslı təmir-tikinti işlərinə başlayıb.

28 Mar 2024
Cəmiyyət

Dövlət İmtahan Mərkəzi auditor seçir

Dövlət İmtahan Mərkəzi (DİM) 2023-2024-cü illər üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

28 Mar 2024
Cəmiyyət

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb.

28 Mar 2024
Cəmiyyət

Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən ilk Qədr (əhya) gecəsidir.

28 Mar 2024
Cəmiyyət

Nazir: “Strateji sahələrin təmsilçilərinə təbriklərimizi çatdırırıq” - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanları əməkdaşlarının peşə bayramları münasibəti ilə təbrik edib.