Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı dərinləşir - Parlament təsdiqlədi

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı dərinləşir - Parlament təsdiqlədi
31 May 2020 13:16


Milli Məclisin iclasında “Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” sazişin təsdiqi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. 

realpress.az-ın xəbərinə görə, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov qanun layihəsi barədə məlumat verib. 

O bildirib ki, sənəd Azərbaycan və Türkiyə arasında uzun illər mövcud olan dostluq əlaqələri çərçivəsində hərbi əməkdaşlığı daha da möhkəmləndirmək və Azərbaycan Ordusunun inkişafına töhfə vermək məqsədi daşıyır.

Bu sazişin məqsədi Türkiyə hökuməti tərəfindən Azərbaycan hökumətinə ayrılan maliyyə əməkdaşlığına əsaslanır. Vəsait Türkiyənin milli qanunvericiliyinə uyğun olaraq və illik smeta üzrə təsisatları çərçivəsində illər üzrə ayrılacaq. 

Sənəd ümumilikdə 200 milyon türk lirəsinin ekvivalenti həcmində ABŞ dollarının ilk növbədə istəyə bağlı olaraq, Türkiyədə 100 faiz yerli istehsalla məşğul olan yerli şirkət müəssisələrdən hərbi məqsədlərlə mal və xidmətlərin satın alınması məqsədilə istifadə edilməsinə dair əsasları müəyyənləşdirir. 

“Sazişin icrası üçün səlahiyyətli orqanlar Azərbaycanın Müdafiə Nazirliyi və Türkiyənin Milli Müdafiə Nazirliyidir”, - deyə Z.Əsgərov əlavə edib. 

Azərbaycan hökuməti tədarük proseduruna əsasən ayrılan vəsaiti nəzərə alaraq, bildirilən layihə çərçivəsində müəyyən edəcəyi tələbatlar siyahısını diplomatik kanallar vasitəsilə Türkiyənin Milli Müdafiə Nazirliyinə göndərir. 

“Vəsaitin ayrıldığı bildirilən hissəsi Türkiyənin Bakıdakı səfirliyinin Silahlı Qüvvələr Attaşeliyinin Azərbaycan hökumətinə göndərəcəyi bildirişin tarixindən beş il müddətinə istifadə oluna bilər. Saziş qüvvəyə mindikdən sonra Azərbaycan hökuməti illər üzrə xarici hərbi yardıma dair prioritet layihə təkliflərini Türkiyə tərəfinə bildirməlidir”. 

Bu saziş qüvvəyə mindiyi tarixdən beş il müddətinə qüvvədə qalacaq. Bildirək ki, saziş bu ilin fevralın 25-də Bakıda imzalanıb.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib. 


15 Apr 2024
Siyasət

Ölkədə qızıl istehsalı ARTIB

2024-cü ilin yanvar-mart aylarında ölkədə qızıl istehsalı 427.6 kq təşkil edib. Bununla da ölkədə qızıl istehsalı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3.8 % artıb.

15 Apr 2024
Siyasət

Azərbaycan və Oman XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanda Omanın xarici işlər naziri Bədr əl-Busaidi ilə görüşüb.

15 Apr 2024
Siyasət

Nazir: Azərbaycan neft-qaz ölkəsi kimi COP29-da digər dövlətlərə örnək ola bilər

Azərbaycan neft-qaz istehsal edən ölkə kimi COP29-da digər dövlətlərə örnək ola bilər.

15 Apr 2024
Siyasət

Prezident İlham Əliyev Slovakiyanın yeni dövlət başçısını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiya Respublikasının yeni seçilmiş Prezidenti Peter Pelleqriyə təbrik məktubu göndərib.

15 Apr 2024
Siyasət

Ceyhun Bayramov ilk dəfə olaraq Mərkəzi Asiya-Körfəz Əməkdaşlıq Şurasının toplantısına qatılıb - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanda keçirilən “Mərkəzi Asiya - Körfəz Əməkdaşlıq Şurası” Strateji Dialoq Toplantısında ilk dəfə olaraq fəxri qonaq qismində iştirak edir.