Qəbul imtahanlarına kimlərin buraxılmayacağı açıqlandı - RƏSMİ

Qəbul imtahanlarına kimlərin buraxılmayacağı açıqlandı - RƏSMİ
01 İyun 2020 12:27


Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali və orta ixtisas məktəblərinə qəbul olmaq istəyən şəxslərə müraciət edib.

realpress.az-ın məlumatına görə, o, buraxılış və qəbul imtahanları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib ki, elə şəxslər var ki, IX sinif buraxılış imtahanı verib, X sinifə keçmək istəyirlər:

“Onlar indi imtahanlarda iştirak edə bilməyəcək. Buraxılış imtahanlarında sentyabr ayında iştirak edə biləcəklər. Amma qəbul imtahanları yalnız bir dəfə olacaq. Mütləq ali və orta ixtisas məktəblərinə qəbul olmaq istəyən şəxs varsa, indi imtahanlarda iştirak etməlidir”.

Sədr qeyd edib ki, ailəsində koronavirusa yoluxan şəxslər olanlara sentyabrda buraxılış imtahanı vermək üçün şans yaradılacaq:

“Bu il onlar iştirak edə bilməyəcək. Çünki insanların sağlamlığı hər şeydən vacibdir”.


28 Mar 2024
İdman

Azərbaycanın dörd boksçusu beynəlxalq turnirin finalına vəsiqə qazandı

Azərbaycanın daha dörd kişi boksçusu Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirinin finalına vəsiqə qazanıb.

27 Mar 2024
İdman

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

Avropa Oyunları 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.

27 Mar 2024
İdman

Azərbaycan Kuboku: “Neftçi” qrup lideri kimi yarımfinala yüksəlib - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda son iki oyun keçirilib.

26 Mar 2024
İdman

Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb

Bakıda qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.

26 Mar 2024
İdman

Azərbaycanın 5 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəldi

Bakıda kişi və qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turniri davam edir.