Gömrük Komitəsi bayram günlərində büdcəyə 30 milyon manat pul köçürüb

Gömrük Komitəsi bayram günlərində büdcəyə 30 milyon manat pul köçürüb
02 İyun 2020 15:44


“Dövlət Gömrük Komitəsi may ayında bayram günləri müddətində Hökumət Ödəniş Portalı üzərindən dövlət büdcəsinə 30 milyon manat pul köçürüb”. 

realpress.az xəbər verir ki, bunu parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komittəsinin iclasında Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi Mirqasım Vahabov deyib. 

O bildirib ki, 2020-ci ilin mayı ən gərgin aylardan biri olub: 

“Bilirsiniz ki, may ayında 10 gündən artıq qeyri-iş günü olub. Gömrük Komitəsinin əməkdaşları isə növbəlilik əsasında işə cəlb edilib. Xarici iqtisadi fəaliyyət iştirakçıları ilə bağlı problem olmayıb”, - deyə M.Vahabov əlavə edib. 


18 Apr 2024
Cəmiyyət

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır

2021-ci il yanvarın 30-da Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz fəaliyyətini dayandırır.

18 Apr 2024
Cəmiyyət

Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir

Milli Məclisdə “Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək” mövzusuna həsr edilmiş konfrans təşkil olunub.

18 Apr 2024
Cəmiyyət

İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir, ikisinin inşası başa çatıb

“Böyük Qayıdışa dair I dövlət proqramı çərçivəsində azad olunan ərazilərdə hazırda beş ümumi təhsil müəssisəsi fəaliyyət göstərir”.

18 Apr 2024
Cəmiyyət

Naxçıvanda təhsil ilə bağlı YENİLİKLƏR

“Bu ilin iyun ayında Naxçıvan Muxtar Respublikasında da ilk dəfə təhsilverənlərin sertifikatlaşdırma imtahanı keçiriləcək”.

18 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycan ərazisində aprelin 19-na gözlənilən hava proqnozu açıqlanıb.