Rusiyada azərbaycanlı biznesmenlərə məxsus zavod iflas həddində

Rusiyada azərbaycanlı biznesmenlərə məxsus zavod iflas həddində
02 İyun 2020 17:31


Rusiyanın Kareliya muxtar vilayətində fəaliyyət göstərən və azərbaycanlı biznesmenlərin də pay sahibi olduğu holdinqə məxsus “Kareliya DSP” zavodunda kütləvi ixtisarlar başlayıb.

Bu barədə “Arqumentı i Faktı” xəbər yayıb.

Məlumata görə, son günlər ərzində müəssisəni 70-dən çox insan tərk edib (mayın sonlarında 270 işçi qalmışdı). Aprelin ortalarından etibarən boş qalan zavod sahiblərinin planlarında məhsulu konservasiya etmək var. Eyni zamanda, hökumət müəssisəni daha bacarıqlı investora satmağı təklif edir.

Pinduş qəsəbəsində yerləşən zavodda problemlər ötən ilin oktyabrından başlayıb. Həmin vaxtlar maaşlar bir neçə gün gecikmə ilə verilib. Bu hadisədən bir il əvvəl müəssisəni “Lesprominvest” MMC şirkəti “Segezha Group” adlı holdinqdən alıb. Bu şirkət Azərbaycandan olan üç biznesmenə, o cümlədən bir Rusiya vətəndaşına məxsusdur.

Onların zavodla bağlı planları böyük olsa da, istehsal olunan DSP plitələrinin yeganə alıcısının keçmiş sovet respublikalarından cəmi birinin olması düşüncələri alt-üst edib. “Kareliya DSP” zavodunun direktoru Nikolay Boqatıryevin sözlərinə görə, Rusiya bazarında bu məhsullar rəqabətə davam gətirə bilməyib.

Bu hal tezliklə özünü büruzə verib. Əvvəl maaşlar qısa müddətə gecikib. Payızda müəssisə yeməkxananı və qətran istehsalı üzrə sexi bağlayıb. Onların fikrincə, bu məhsulu almaq istehsaldan daha ucuz başa gəlirdi. Cari ildə vəziyyət daha da pisləşib. Yanvar ayında müəssisə rəhbərliyi mükafatları və əlavə maaşları kəsib. Təchizatçılar və işçilər qarşısında borc şişməyə başlayıb.

Nəticədə aprelin 1-dən iyunun 1-nə qədər zavodun müvəqqəti bağlanılması haqqında qərar çıxarılıb, işçilər ödənişsiz məzuniyyətə buraxılıblar. Onlara mart ayının maaşları ödənilib, ancaq aprel və may ayları üçün borclar qalıb, onların ödəniləcəyi vaxt bilinmir.

May tətilindən sonra hökumət zavoda regional sənaye inkişafı fondu vasitəsilə güzəştli kredit vermək barədə düşünüb. Bundan əlavə, müəssisə rəhbərliyinə maaşların ödənilməsinə görə xüsusi kredit almaq üçün banka müraciət etmək, habelə debitor borclarının qaytarılmasını fəal şəkildə tələb etmək tövsiyə olundu (“Karelia DSP”yə borclu qalanlar da kifayət qədərdir). Zavodun maliyyə hesabatlarına əsasən bu, şirkətin böhrandan çıxması və maaşları vaxtında ödəməsi üçün bəs etməli idi.

Ancaq mayın 21-də sənayenin inkişafı fondundan güzəştli kredit verilməməsi qərarına gəlinib. Buna zavodun maddi vəziyyətinin yaxşı olmaması əsas gətirilib. Hökumət fərqli bir yola baş vuraraq, maaşların ödənilməsi üçün subsidiyalar verəcəyini vəd etdi. Bunun üçün bir şərt irəli sürüldü: təsisçilər, mövcud əməkhaqqı borclarını ödəmək müqabilində dövlət dəstəyi alacaqlar. Belə bir təklifə cavab olaraq, müəssisə sahibləri iyunun 1-dək borclarını ödəməyə başlayacaqlarını, yaxın iki ayda özlərinin də vəsait tapıb, zavoddakı vəziyyəti düzəltməyi planlaşdırdıqlarını deyiblər.

Ancaq subsidiyaların alınması və borcların ödənilməsi qısamüddətli tədbirlərdir. Uzunmüddətli perspektivi gözləmək üçün hökumət müəssisənin başqa birinə satılması ilə bağlı “Kareliya DSP” sahibləri ilə danışıqlara başlayıb.

Ədalət naminə demək lazımdır ki, müəssisədəki vəziyyət koronavirusun yayılması ilə əlaqədar görülən tədbirlər nəticəsində pisləşib. Zavodun anbarında 25 milyon rubl (609 972 AZN) dəyərində hazır məhsul var, lakin satmaq olmur. Halbuki, bundan əldə olunan gəlir əməkhaqqı üçün artıqlaması ilə kifayət edərdi - çünki işçilərə olan borc cəmi 6,5 milyon rubl (158 593 AZN) təşkil edir.


25 Apr 2024
Dünya

Avro və rubl bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

25 Apr 2024
Dünya

Çində daşqınlar son 100 ilin ən böyük fəlakətlərindən biri oldu - VİDEO

Çinin 127 milyon əhalisi olan Quandun əyalətindəki daşqın son 100 ilin ən böyük ikinci təbii fəlakəti hesab olunub.

25 Apr 2024
Dünya

Bayden üç ölkəyə hərbi yardım haqqında qanunu imzalayıb - VİDEO

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya hərbi yardım göstərilməsi haqqında qanun layihəsini imzalayıb.

25 Apr 2024
Dünya

İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO

Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov Prezident İlham Əliyevin dəvət məktubunu İraq Prezidenti Əbdüllətif Camal Rəşidə təqdim edib.