Azərbaycanda baş prokuror kürəkənini işdən çıxardı

Azərbaycanda baş prokuror kürəkənini işdən çıxardı
03 İyun 2020 15:54


Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarında çalışan kürəkəni ilə bağlı əmr imzalayıb.

əmrə əsasən, Səbail Rayon Prokurorunun müavini Orxan Nuriyev vəzifəsindən azad olunub.

Orxan Nuriyevin başqa dövlət qurumunda vəzifəyə təyin olunduğu bildirilir.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov BakuPost-a məlumatı təsdiqləyib.

O bildirib ki, Baş prokuror Kamran Əliyevin imzaladığı əmrə əsasən, Səbail rayon prokurorunun müavini Orxan Nuriyevin başqa işə keçməsi ilə əlaqədar öz ərizəsi əsasında tutduğu vəzifədən azad olunaraq, prokurorluqda qulluq keçməsinə xitam verilib.

E.Sultanov qeyd edib ki, Baş Prokurorluğun Mətbuat xidmətində onun hansı vəzifəyə keçməsi barədə məlumat yoxdur.

Qeyd edək ki, Orxan Nuriyev Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin sabiq müdiri, 2019-cu ildən ədliyyə nazirinin müavini işləyən Eldar Nuriyevin oğludur.

19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.