Floydun saxlanılmasının imitasiya edildiyi körpünü bağladılar - VİDEO

Floydun saxlanılmasının imitasiya edildiyi körpünü bağladılar - VİDEO
03 İyun 2020 16:19


ABŞ-ın Portland şəhərində minlərlə nümayişçilər şəhərin ən böyük Börnsayd körpüsünü (Burnsides Bridge) bağlayıb.

aksiya iştirakçıları Corc Floydun polislər tərəfindən saxlanılarkən yerə sıxıldığı qaydada asfaltın üzərinə uzanaraq, körpüdə hərəkəti iflic ediblər.

Nümayişçilərin fərqli etiraz forması sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

Qeyd edək ki, mayın 25-də internetdə afroamerikalı Corc Floydun saxta əskinaslarla ödəniş etməsi şübhəsi ilə saxlanılması anının videogörüntüsü yayılıb. Polis afroamerikalının qoluna qandal vuraraq, onu yerə yıxıb və sonra dizi ilə boynunu sıxıb.

Videoda Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi görünür. Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb. Nəticədə, ABŞ-ın müxtəlif ştatlarında kütləvi iğtişaşlar başlayıb.

24 Apr 2024
Dünya

Ərdoğan Almaniya Prezidenti ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya Prezidenti Frank Valter-Ştaynmayerlə görüşüb.

24 Apr 2024
Dünya

Samir Abasov İspaniyaya gedib, mütəxəssisin Xavi ilə görüşü nəzərdə tutulub

İspaniyada səfərdə olan "Sumqayıt" klubunun baş məşqçisi Samir Abasovun "Barselona"nın "sükanı arxasında" olan Xavi Ernandeslə görüşü nəzərdə tutulub.

24 Apr 2024
Dünya

Qazaxıstanda zəlzələ olub

Qazaxıstanda 4,4 maqnitudalı zəlzələ olub.

24 Apr 2024
Dünya

Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb - FOTO

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb.

24 Apr 2024
Dünya

Hadrutdan ürəkaçan görüntülər - VİDEO

İşğaldan azad olunmuş Hadrutda yenidənqurma işləri davam edir.