Şamaxı rayonunda bir kəndin adının dəyişdirilməsi təklif edilir.
realpress.az-ın xəbərinə görə, bununla bağlı Milli Məclis yanında Toponimiya Komissiyasına təklif daxil olub.
Şamaxının Saqiyan kəndinin adının dəyişdirilərək, Günəşli qoyulması təklif olunur.
Məsələ Toponimiya Komissiyasının iyunun 8-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Bu gün Türkiyənin Antalya şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start veriləcək.
Abşeron rayonu, Xırdalan şəhəri ərazisində sursat aşkar edilib.
Bu gün Naxçıvandan Qarabağa yola düşən şəhid ailələri Füzuli rayonunda olublar.