Arif Məlikovun heykəlinin ucaldılacağı yer bilindi - Ömər Eldarovdan AÇIQLAMA

Arif Məlikovun heykəlinin ucaldılacağı yer bilindi - Ömər Eldarovdan AÇIQLAMA
04 İyun 2020 11:52


Xalq artisti Arif Məlikovun Bakıda ikinci abidəsinin ucaldılacağı ərazi məlum olub.

Bu barədə realpress.az-a abidənin müəllifi, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, tanınmış heykəltəraş, Xalq rəssamı Ömər Eldarov məlumat verib.

O bildirib ki, abidənin ucaldılacağı məkan artıq qərarlaşdırılıb:

“Arif Məlikovun birinci abidəsi Fəxri Xiyabanda ucaldılıb. İkinci abidənin isə Milli Konservatoriyanın bağında ucaldılması planlaşdırılır. Yaxında abidənin layihəsini hazırlamağa başlayacağam.

Abidə postamentlə birlikdə altı metrə yaxın olacaq. Arif Məlikovun abidəsini mərmərdən hazırlayacağam, digər abidəsindən fərqli, daha orjinal olması üçün çalışacağam. Abidənin bir il müddətinə hazırlanıb təhvil verilməsini planlaşdırırıq”.

Ö.Eldarov həm də Müslüm Maqomayevin Dənizkənarı Milli Park ərazisində ucaldılacaq heykəli ilə bağlı işlərin gedişatından da danışıb:

“Biz artıq heykəlin hazırlanmasına başlamışıq. Müslüm Maqomayevin abidəsi isə təxminən il yarımdan sonra təhvil verilə bilər”.

Qeyd edək ki, Arif Məlikov 9 may 2019-cu ildə vəfat edib. O, Fəxri Xiyabanda dəfn edilib. Ötən il mayın 17-də Prezident İlham Əliyev Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Cahangir oğlu Məlikovun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb.


28 Mar 2024
Cəmiyyət

Sumqayıtda avtomobil yollarının təmirinə başlanılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı ölkə Prezidentinin Sərəncamına əsasən genişmiqyaslı təmir-tikinti işlərinə başlayıb.

28 Mar 2024
Cəmiyyət

Dövlət İmtahan Mərkəzi auditor seçir

Dövlət İmtahan Mərkəzi (DİM) 2023-2024-cü illər üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

28 Mar 2024
Cəmiyyət

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb.

28 Mar 2024
Cəmiyyət

Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən ilk Qədr (əhya) gecəsidir.

28 Mar 2024
Cəmiyyət

Nazir: “Strateji sahələrin təmsilçilərinə təbriklərimizi çatdırırıq” - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanları əməkdaşlarının peşə bayramları münasibəti ilə təbrik edib.